Son Xəbərlər:
Biləsuvar rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən iftar süfrəsi təşkil edilmişdir

Biləsuvar rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən iftar süfrəsi təşkil edilmişdir

Biləsuvar rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün iftar süfrəsi təşkil edilmişdir.

2019-cu il mayın 30-u Biləsuvar rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən müqəddəs Ramazan ayı ilə əlaqədar olaraq iftar süfrəsi təşkil edilmişdir.

Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Rəfi Qurbanov, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri iştirak edirdilər.

Tədbirdə Xanlar Məmmədov çıxış edərək müqəddəs Ramazan ayının həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayı olduğunu qeyd etdi. Bildirdi ki, ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu siyasət bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Milli mənəvi dəyərlərin tərkib hissəsi olan islami dəyərlərə xüsusilə hörmətlə yanaşılır.

X.Məmmədov Ramazan ayının cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsinə xidmət edən, adət-ənənələrimizə riayət edən hər bir insanın qəlbində yer tapdığı bayram olduğunu qeyd edərək Ramazan bayramı münasibətilə rayon sakinlərini təbrik etdi.

Daha sonra Rəfi Qurbanov çıxış etdi. O bildirdi ki, şəhidlik böyük amallar uğrunda canından keçmək, verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Ən ali, müqəddəs və şərəfli zirvəyə ucalan şəhidlərimiz daim qəlbimizdə yaşayır, heç vaxt unudulmurlar. R.Qurbanov iftar süfrəsinin təşkil edilməsi üçün yaradılan şəraitə görə Biləsuvar rayon İcra Hakimiyyətinin rəhbərliyinə Mənəvi Dəyərlərin Təbliği Fondu adından təşəkkürünü bildirdi.

İftar mərasimində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhuna dualar oxundu, əziz xatirələri yad edildi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок