Son Xəbərlər:
Biləsuvar rayonunda itkin düşmüş döyüşçülərin ailələri ilə görüş keçirilmişdir

Biləsuvar rayonunda itkin düşmüş döyüşçülərin ailələri ilə görüş keçirilmişdir

12 oktyabr 2015-ci il.

Beynalxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətinin xətti ilə Azərbaycan QMƏVŞAİB Biləsuvar rayon filialnın təşkilatçılığı ilə “İtkin düşmüş döyüşçü ailələri“ ilə baglı həyta keçirilən layihənin bağlanış tədbiri keçirilmişdir. Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi xidmətə çağrış şöbəsinin işçiləri, QMƏVŞAİB Biləsuvar rayon filialnın sədri Bəhruz Əliyev, Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Ehtiram Məmmədov, məktəblilər, itkin düşmüş döyüşçülərin ailə üzvləri iştirak edirdilər.

Əvvəlcə itkin düşmüş döyüşçülərin xatirəsinə inşa olunmuş lövhənin açlışı oldu. Sonra tədbir “Veteranlar klubunda” çay süfrəsi ətrafında davam etdi. Tədbirdə çıxış edənlər bu sahədə gedən işlər barədə məlumat verdilər. QMƏVŞAİB Biləsuvar rayon filialnın sədri Bəhruz Əliyev “Şəhid ailəsi” statusu alan bu ailələrin dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunmasından danışdı. Beynəlxalq Qirmızı Xaç və Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Ehtiram Məmmədov itkin düşmüş döyüşçülərin ailələri ilə bağlı layihə çərçivəsində xatirə lövhəsinin hazırlanmasından damışdı və bildirdi ki, gələcəkdə də bu tip layihələr çərçivəsində bir çox tədbirlər həyata keçiriləcək.

Tədbirin sonunda tədbir iştirakçılarına itkin düşmüş döyüşçülərin övladlarının ifasında bədii kompazisiyalar nümayiş etdirildi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок