Son Xəbərlər:
Biləsuvar rayonun Xırmandalı kəndində şəhid Muradov Fərhad Əbülfət oğlunun anım günü qeyd olundu

Biləsuvar rayonun Xırmandalı kəndində şəhid Muradov Fərhad Əbülfət oğlunun anım günü qeyd olundu

2019-cu il iyulun 29-u Biləsuvar rayonun Xırmandalı kəndində şəhid Muradov Fərhad Əbülfət oğlunun anım günü ilə bağlı onun böyüyüb boya-başa çatdığı evdə ailəsinə baş çəkilmişdir.

Görüşdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi polkovnik-leytenant Rizvan Sadıqov, zabiti Ramiq Soltanov, Biləsuvar rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Cavid Əliyev, Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev və filialın üzvləri, kənd icra nümayəndəsi, bələdiyyəsi iştirak edirdilər.

Görüşdə iştirak edənlər şəhid haqqında öz fikirlərini söylədilər. Şəhidin ailəsi diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və birinci Vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Şəhid Muradov Fərhad Əbülfət oğlu 29 yanvar 1971-ci ildə Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olmuşdur. 1978-1989-cu illərdə Xırmandalı kənd tam orta məktəbini bitirmişdir. 1990-cı illərin əvvəlində Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən ön cəbhəyə yola salınmışdır. Fizuli, Ağdərə və Ağdam rayonlarında döyüşlərdə iştirak etmişdir. 29 yiul 1993-cü ildə  Fizuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок