Son Xəbərlər:
Biləsuvar rayon Peşə Liseyində Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü qeyd olundu

Biləsuvar rayon Peşə Liseyində Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü qeyd olundu

2019-cu il fevralın 7-si Biləsuvar rayondakı peşə liseyində Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun doğum günü qeyd olundu.

Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Mirzə Cəfərov, rayon Gənclər və İdman idarəsinin rəisi Aqşin Bağırov, Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri, II qrup Qarabağ müharibəsi əlili Bəhruz Əliyev, liseyin müəllim kollektivi və şagirdlər iştirtak edirdilər.

Tədbiri giriş sözü ilə tədbirin təşkilatçısı, liseyin direktoru Rabil Şahbazov açaraq  Mübariz İbrahimovun həyat yolundan, qəhrəmanlığından, vətənpərvərliyindən  danışdı. Bildirdi ki, türk dünyasına öz qəhrəmanlığı ilə səs salan həmyerlimiz ilə daim fəxr edir, bütün tədbirlərimizdə onu hörmətlə anırıq.

Mirzə Cəfərov, Aqşin Bağırov və Bəhruz Əliyev çıxışlarında qəhrəmanımızın həyatının həmişə vətənpərvərlik nümunəsi olacağını bildirdilər.

Tədbirdə liseyin şagirdləri tərəfindən vətənpərvərlik ruhunda hazırlanmış ədəbi-bədii kompozisiyalar təqdim olundu.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок