Son Xəbərlər:
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın növbəti iclası keçirildi

Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın növbəti iclası keçirildi

2019-cu il martın 5-də Biləsuvar rayon İcra Hakimiyyətində geniş şura iclası keçirildi. İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş fərman və sərəncamlarının Biləsuvar rayonunda icra vəziyyəti barədə məsələ  müzakirə edildi.
Şura iclasında  çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev qeyd etmişdir ki,  daim yenilənən, inkişaf edən ölkəmizdə həyata keçirilən sosial-iqtisadi və mədəni-siyasi  islahatlar öz bəhrələrini verməkdədir. Strategiyası ümummill lider Heydər Əliyev tərəfindən müəyyən edilən və bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu islahatların mərkəzində Azərbaycan vətəndaşı, onun inkişafı və dayanıqlı sosial həyat şəraiti durur. Son illər, xüsusəndə cari ilin son iki ayı ərzində ölkə prezidenti cənab İlham Əliyevin islahatlar paketi çərçivəsində imzaladığı fərman və sərəncamlar məhz bu strategiyanın həyata keçirilməsinə xidmət edir.

2019-cu il də Azərbaycan üçün mühüm sosial islahatların və uğurlu iqtisadi layihələrin reallaşdığı il kimi tarixə düşəcəkdir. Cənab prezidentin özünün də söylədiyi kimi: “Əgər geridə qoyduğumuz 2017-ci ili iqdisadi sabitləşmə, 2018-ci ili dərin iqtisadi islahatlar ili kimi başa vurmuşuqsa, bu il daha çox sosial sahədə inqilabi islahatların reallığa çevrildiyi tarix kimi yaddaşlarda qalacaq”.

İclasda qeyd edildi ki, cari ilin ilk iki ayı ərzində  imzalanmış fərman və sərəncamlar qeyd olunanların reallıq olduğunu bir daha ortaya qoyur. Belə ki, təkcə fevral ayında 8 sərəncam, 4 fərman ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılmasına, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrinin, tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan dövləti sosial-iqtisadi sahədə həyata keçirdiyi layihələrlə hər il yeni-yeni nailiyyətlərə imza atır. Dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

Ötən ayın 8-də əhalinin sosial müdafiəsnin gücləndirilməsinə xidmət edən “Minimum aylıq əmək haqqının artırılması haqqında” sərəncam inzalandı. Sərəncama əsasən mart ayının 1-dən etibarən minimum əmək haqqı 38,5 faiz atrırılaraq 130 manatdan 180 manata çatdırıldı. Bu da dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və özəl sektorda işləyən 600 min nəfər işçinin əmək haqlarının artması deməkdir.

Cənab prezidentin fevral ayının 14-də  imzaladığı bir fərman və iki sərəncam – “Azərbaycan Respublikasının Ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında”, “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirlməsi ilə bağlı əlavə tədbirlər haqqında” və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sənədlər də bu prosesin məntiqi davamıdır.

Bu gün ölkəmizdə dövlətin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Azərbaycan hakimiyyəıtinin yürütdüyü sosial siyasət həqiqətən də inqilabi xarakter daşıyır. Bu, ilk növbədə cənab  Prezidentin, Azərbaycan dövlətinin öz vətəndaşlarına olan diqqət və qayğısının təzahürüdür.

Dövlət başçısının fevralın 25-də imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam da  böyük sosial islahatlar paketinin tərkib hissəsidir.  Sərəncama  əsasən yaşa görə müavinətlər, həmçinin imtiyazlı şəxslərə verilən müavinətlər əhəmiyyətli dərəcədə artırıldı, əlavə olaraq o insanlara Prezident təqaüdləri təyin olundu.

Fevral ayının 28-də Azərbaycan Respublikasının Prezidentinin “Azərbayca Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlrə haqqında” fərmanı imzalandı. Problemli kreditlərin əhalinin xeyrinə həlli istiqamətində hazırlanan bu sənədə əsasən narahatçılığa son qoyuldu. Belə ki, fərmana əsasən fiziki şəxslərin 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiyası ilə bağlı manatla artmış hissəsi qiymətləndirilərək Mərkəzi bankın elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına 3 aydan gec olamayaraq ödəniləcək. Prezidentin bu fərmanı ilə 800 min nəfərin kredit borcu birdəfəlik həll edildi. Cənab Prezident problemli kreditlər məsələsini həll etməklə xalqa xidmətin ən yüksək nümunəsini götərdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, həyata keçirilən tədbirlər, verilmiş mühüm göstərişlər Azərbaycan Respublikasının bütün vətəndaşları kimi Biləsuvar sakinləri tərəfindən də çox böyük sevinc və minnətdarlıq hissi ilə  qarşılanmışdır. İmzalanmış hər bir sərəncam və fərman minlərlə biləsuvarlının  sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli rol oynayacaqdır.

Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxışının sonunda bildirdi ki, görülən bütün bu işlərə rəğmən deyə bilərik ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından əvvəlki illərdən fərqlənən il olacaqdır. Cənab prezidentin söylədiyi kimi, “Azərbaycan bu il də uğurlar və inkişaf yolu ilə gedəcək”.

İclasda DSMF-nin Biləsuvar rayon şöbəsinin müdiri Fərasim Əliyev, rayon Maliyyə idarəsinin rəisi Eldar Təhməzov, rayon Ağsaqqallar şurasının sədri Əvəz Miriyev,şəhid anası Rəfiqə Əliyeva və digərləri çıxış edərək ölkə rəhbəri tərəfindən imzalanmış son qərarların icrası ilə bağlı rayonda görülən işlər barədə məlumat vermiş və mart ayından etibarən bütün sahələr üzrə artımların hesablanaraq əhaliyə ödəniləcəyini bildirmişlər.

Çıxış edən şura üzvləri ölkə rəhbərinin bu qərarlarını alqışlayaraq bildirdilər ki, Biləsuvar əhalisi həmişə öz Prezidentini dəstəkləyir və bundan sonra da daim dəstəkləyəcəkdir.

Şura iclasında müzakirə edilən məsələ ilə əlaqədar qərar qəbul edilmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок