Son Xəbərlər:
Beynəlxalq “Zaparoji Kazakları” Birliyinin Getmanı Azərbaycanda işgüzar səfərdə olmuşdur

Beynəlxalq “Zaparoji Kazakları” Birliyinin Getmanı Azərbaycanda işgüzar səfərdə olmuşdur

Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun prezidenti və Beynəlxalq “Zaparoji Kazakları” Birliyinin Getmanının Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi, kazak general-mayoru Sərraf Orucovun verdiyi məlumata görə, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun rəsmi dəvəti ilə 2018-ci il avqustun 5-dən 10-a kimi Beynəlxalq “Zaparoji Kazakları” Birliyinin Ali Məclisinin Getmanı, dünya şöhrətli kazak marşalı Saqaydak Dimitri İvanoviç və onun Azərbaycan üzrə müşaviri, kazak marşalı Üzeyir Vahabov Azərbaycan veteran təşkilatları, “Azərbaycanda Kazak Həmyerlilləri” Birliyi ilə tanış olmaq və gələcəkdə qarşılıqlı əməkdaşlıq etmək üçün Azərbaycana işgüzar səfərə gəlmişlər.

Avqustun 5-də Ukraynalı qonaqlar ilk öncə Fəxri Xiyabana gedərək, ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib məzarı önünə gül dəstəsi qoydular. Sonra Şəhidlər Xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsini ehtiramla yad etdilər.

Daha sonra qonaqlar, iki dəfə Sovet İttifaqı qəhrəmani, general Həzi Aslanovun xatirəsini yad edib, abidəsi önünə gül dəstəsi qoydular. Şəhidlər Xiyabanına ziyarət zamanı Türk şəhid əsgərlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət edərək, önünə gül dəstəsi qoydular.

Elə həmin gün, Ukraynalı qonaqlar, Bakıdakı Müqəddəs Jen-Mironosits Rus-Pravoslav Kofedral kilsəsini, Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzini ziyarət etmişlər. Kazak marşalı Dimitri Saqaydakın Jen-Mironosits Rus-Pravoslav Kofedral kilsəsini ziyarət etdiyindən məmnun olduğunu bildirdi.

Azərbaycan yeparxiyasının mətbuat xidmətinin rəhbəri Konstantin Pominov qonaqlara qədim Kofedral kilsəsi və Mərkəz haqqında ətraflı məlumat verdi.

“Zaparoji Kazakları” Birliyinin Getmanı, kazak marşalı Dimitri Saqaydak rəhbərlik etdiyi  “Zaparoji Kazakları” Birliyinin fəaliyyəti barəsində və birliyin kazaklarının Kiyev-Peçersk Lavra və Ukraynadakı bütün xristian, pravoslav kilsələrini və məbədləri mühafizə etdiklərini bildirdi.

Avqustun 6-sında Azərbaycan Respub­likası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin diasporlarla iş sektorunun müdiri Qafar Əliyev qonaqları rəsmi qəbul edərək Prezident Administrasiyasının rəhbərliyi adından onları salamladı.

“Zaparoji Kazakları” Birliyinin Getmanı, kazak marşalı Dimitri Saqaydak rəhbərlik etdiyi təşkilat haqqında ətraflı məlumat verərək bildirdi ki, Beynəlxalq “Zaparoji Kazakları” Birliyi dünyanın bir çox ölkələri ilə dostluq əlaqələrini saxlayır, dövlətlər və xalqlararası münasibətlərdə daha çox qarşılıqlı anlaşma təşviq edir. Belə dost ölkələrdən biri də Azərbaycan xalqıdır.

Uk­­ray­­na dövlət orqanlarının rəsmi statistik məlumatına əsasən Uk­­ray­­nada 45 176 nəfər Azərbaycanlı yaşayır və ölkələrimiz arasında əlaqələr sürətlə inkişaf edir. Hesab edirik ki, Azərbaycan və Ukraynanın veteran, diaspor təşkilatları ilə qarşılıqlı münasibətləri və dostluq əlaqələrini daha da yüksək səviyyədə inkişaf etdirmək lazımdır.

Görüşdə Azərbaycan və Ukraynanın veteran, diaspor təşkilatları ilə qarşılıqlı münasibətləri və dostluq əlaqələrini yeni səviyyədə daha da inkişaf etdirərək dostluq görüşlərinin, mədəni tədbirlərin keçirilməsi, Böyk Vətən Müharibəsində Ukrayna uğrunda gedən döyüşlərdə həlak olmuş azərbaycanlilarin məzarlarının və onların xatirəsinə ucaldılmış abidələrin qorunub saxlanılması, ehtiyacı olan müharibə əlillərinin Ukranyada müalicə olunmalarına köməklik göstərilməsi məsələləri müzakirə edilmişdir.

Avqustun 7-də Silahlı Qüvvələr və Əmək Respublika Veteranlar Təşkilatında veteranlar və “Azərbaycanda Kazak Həmyerlilləri” Birliyinin kazak qardaşları ilə görüş keçirildi.

Görüşdə Silahlı Qüvvələr və Əmək Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-polkovnik Tofiq Ağahüseyinov, sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədr müavini, ehtiyatda olan polkovnik Hikmət Ağayev, Ehtiyatda olan Zabitlər Konfederasiyasının idarə heyətinin üzvü, ehtiyatda olan polkovnik Xətai Baxışov, ehtiyatda olan polkovnik Elşad Şabanov, ehtiyatda olan polkovnik Adil Hakverdiyev, “Azərbaycanda Kazak Həmyerlilləri” Birliyinin Atamanı, kazak  polkovniki Çiqiryov Yuri Sergeyeviç, “Azərbaycanda Kazak Həmyerlilləri” Birliyinin Baş qərargah rəisi, kazak  mayoru Aslan İsmayılov, Qarabağ müharibəsi veteranı, “Veteran” qəzetinin baş redaktoru Qafar Nuriyev və başqaları çıxış edərək, Beynəlxalq “Zaparoji Kazakları” Birliyinin Ali Məclisinin Getmanı, kazak marşalı Dimitri Saqaydakın və kazak marşalı Üzeyir Vahabovun Azərbaycana işgüzar səfərə gələrək Azərbaycan veteranları ilə görüşdüyüi üçün qonaqlara öz təşəkkürlərini bildirdilər.

Görüşün sonunda gələcəkdə Azərbaycan-Ukrayna veteran təşkilatlarının birgə tədbirlərinin keçirilməsi qərara alındı. Azərbaycan və Ukraynanın veteran təşkilatları ilə qarşılıqlı münasibətləri və dostluq əlaqələrini inkişaf etdirdiklərinə görə Silahlı Qüvvələrin, Əfqanısdan və Qarabağ müharibələrinin 15 nəfər veteranına Beynəlxalq “Zaparoji Kazakları”-nın orden, medal və Fəxri Fərmanları təqdim olundu və xatirə şəklləri çəkildi.

Avqustun 7-də qonaqlar ölkəmizin cənub bölgəsinə səfər edərək Cəlilabad, Lənkəran və Astara rayonlarında oldular. İlk öncə Cəlilabad rayonunda yerləşən, yaşı 300 ildən artıq olan kazak məbədi ilə tanş oldular. Daha sonra Lənkəran şəhərində Şəhidlər Xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş vətən oğullarının xatirəsini ehtiramla yad etdilər.

Qonaqlar iki dəfə Sovet İttifaqı qəhrəmani, general Həzi Aslanovun və Azərbaycanın Milli Qəhrəmanı Əsgər Ələkbər oğlu Əliyevin xatirəsini yad edərək, hər iki qəhrəmanın abidəsi önünə gül dəstələri qoydular.

Lənkəran şəhərində Rusiya imperitçasının şəxsi sərancamına əsasən Azərbaycanın cənub sərhədlərini İran yürüşlərindən qorumaq məqsədi ilə xidmət etmiş və 1795-ci ildə Lənkəran şəhərində dəfn edilmiş məşhur Ukraynalı kazak, qeneral-briqadir və Qara kazak qoşunu atamanı Антoн Andreyeviç Qolovatininin məzarı və kazak əsgərlərinin xatirələsini əbədiləşdirmək məqsədilə ucaldılmış abidə ziyarət edildi.

Avqustun 8-də  qonaqlar,  Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Astara rayon şöbəsinin sədri, Əfqanıstan  və Qarabaq müharibəsi veteranı Tofiq Əliyevin təşkilatçılığı ilə Astara rayonundakı Şəhidlər Xiyabanına gedərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad etmiş, onların məzarları önünə gül dəstəsi qoymuşlar.

“Zaparoji Kazakları” Birliyinin Ali Məclisinin Getmanı, kazak marşalı Dimitri Saqaydak yüksək qonaqpərvərliyə və işgüzar görüşlərə görə rəhbərlik etdiyi “Zaparoji Kazakları” Birliyinin Ali Məclisinin və şəxsən öz adından ilk öncə Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevə, Azərbaycan Respub­likası Prezident Administrasiyasının İctimai-siyasi məsəllər şöbəsinin müdiri Əli Həsənova, Azərbaycan Respublikası Silahlı Qüvvələr və Əmək Respublika Veteranlar Təşkilatının və Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun kollektivinə öz təşəkkürünü bildirdi, Azərbaycana etdiyi işgüzar səfərdən məmnun olduğunu söylədi.

Məlumatı Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Mətbuat xidməti  vermişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок