HomeBütün XəbərlərBeyləqanda şəhid Qarayev İnşallah İbrahim oğlunun şərəfinə xatirə bulağı inşa olunmuşdur

Beyləqanda şəhid Qarayev İnşallah İbrahim oğlunun şərəfinə xatirə bulağı inşa olunmuşdur

Beyləqanda şəhid Qarayev İnşallah İbrahim oğlunun şərəfinə xatirə bulağı inşa olunmuşdur

2020-ci il fevralın 1-i Azərbaycan QMƏVŞAİB-in Beyləqan rayon filialının üzvləri şəhid  Qarayev İnşallah İbrahim oğlunun xatirəsinə tikdirilmiş bulağın açılığında iştirak etmişlər. Xatirə bulağı şəhidin atasının şəxsi vəsaiti hesabına inşa edilmişdir. Yağışlı və soyuq bir gündə şəhidin xatirəsini əziz tutan Qarabağ qaziləri, qohumlar, dostlar və tanışlar onun ruhuna dualar oxumuş, abidə önünə gül dəstələri düzmüşlər.  

Açılışda rayonumuzun fəxri, BDU-nun müəllimi, professor Atamoğlan Məmmədli də iştirak etmişdir. Xatırladaq ki, Atamoğlan müəllim özü də Qarabağ müharibəsi veteranıdır.