Son Xəbərlər:
Beyləqanda şəhid Axundov Sənan Tahir oğlunun anım günü keçirilmişdir

Beyləqanda şəhid Axundov Sənan Tahir oğlunun anım günü keçirilmişdir

2019-cu il sentyabrın 29-u Azərbaycan QMƏVŞAİB-in Füzuli rayon filialının fəal üzvləri Beyləqan rayonundakı Peyğəmbər qəbiristanlığında Qarabağ müharibəsi şəhidi Axundov Sənan Tahir oğlunun doğum günündə iştirak etmişlər. Filialın sədri Əlizadə Abbasov çıxış edərək şəhidə Allahdan rəhmət, şəhidin valideynlərinə isə səbr diləmişdir.

Şəhidin valideynləri çıxış edərək oğul itkinin ağrı-acısı ilə bərabər, ovladlarının Vətən yolunda şəhid olmasından qürur duyduqlarını bildirmiş, dövlətimizin şəhid ailələrinə, müharibə əlillərinə göstərdiyi qayğının ildən-ilə artdığını vurğulamışlar.

Şəhidin məzarı önünə gül dəstələri düzülmüş, ruhuna dualar oxunmuşdur.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок