Son Xəbərlər:
Beyləqanda Milli Qəhrəman Namiq Allahverdiyevin doğum günü qeyd edilmişdir

Beyləqanda Milli Qəhrəman Namiq Allahverdiyevin doğum günü qeyd edilmişdir

2019-cu il oktyabrın 4-ü Azərbaycan QMƏVŞAİB-in Beyləqan rayon filialı tərəfindən şəhər 1 saylı tam orta məktəbinin müəllim və şagird kollektivi ilə birlikdə Milli Qəhrəman Namiq Allahverdiyevin doğum gününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə filialın sədri Rövşən Namazəliyev, Beyləqan rayon Təhsil şöbəsinin müdiri Tahir müəllim, məktəbin direktoru Gülbəniz müəllimə, milli qəhrəmanın qardaşı Qasım Allahverdiyev çıxış etdilər.

Namiq Allahverdiyev 5 oktyabr 1967-ci ildə Beyləqan rayonunda anadan olmuşdur. 1984-cü ildə 1 saylı orta məktəbi bitirmişdir. 1985-ci ildə hərbi xidmətə çağırılmış, 1987-ci ildə hərbi xidmətini Moskva ətrafında başa vuraraq vətənə dönmüşdür.

1988-ci ildə erməni təcavüzkarları xalqımızı narahat etməyə başlamışdı. Yerli əhali könüllü müdafiə dəstələri yaradıb vətəni müdafiə edirdi. Könüllülər sırasına yazılanlardan biri də Namiq oldu. O, ilk döyüşünə Qubadlı rayonundan başladı.

1991-ci il 31 avqustda Namiq DİN-in XTP dəstələrinə daxil olur və yenidən döyüş meydanına atılır. O, Laçın, Əsgəran, Füzuli, Goranboy rayonları uğrunda gedən döyüşlərdə iştirak edir. Axırıncı döyüşü Tərtər rayonunda olur. Burada Şıxarx (keçmiş Marquşevan), Həsənqaya, Birinci Çaylı, İkinci Çaylı və digər kəndlərinin erməni basqınçılarından azad edilməsində xidmətləri olmuşdur.

9 iyul 1992-ci il erməni millətçilərinin silahlı qüvvələri Cəmilli yüksəkliyinə hücum edirlər, cəsur əsgərimiz Namiq onların qarşısını almaq üçün yüksəkliyə qalxaraq mövqə tutur, elə bu vaxt güclü partlayış eşidilir, tankdan atılan mərmi onun həyatına son qoyur.

Azərbaycan Respubliksaı Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Allahverdiyev Namiq Müslüm oğlu ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Beyləqan rayonundakı 1 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок