Son Xəbərlər:
Beyləqanda Milli Qəhrəman Akif Əkbərovun doğum gunu munasibətilə anım tədbiri keçirilmişdir

Beyləqanda Milli Qəhrəman Akif Əkbərovun doğum gunu munasibətilə anım tədbiri keçirilmişdir

Azərbaycan QMƏVŞAİB-in Beyləqan rayon filialının təşkilatçılığı ilə 2019-cu il fevralın 2-si Azərbaycanın Milli Qəhrəmanı Akif Əkbərovun doğum gunu munasibətilə şəhidin büstü qarşısında anım tədbiri keçirilmişdir. Tədbirdə qəhrəman səhidimizin ailə üzvləri, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Çıxış edənlər Akif Əkbərovun həyat və döyüş yolundan danışmışlar.

Tədbirin sonunda iştirakçılar Beyləqan rayonundakı Səhidlər Xiyabanını ziyarət etmiş, səhidin məzarı üzərinə gül dəstələri düzmüşlər. Şəhidin ruhuna dualar oxunmuşdur.

Əkbərov Akif Abbas oğlu 12 avqust 1992-ci ildə Kəlbəcərin Sarıyer yaylağı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 1992-ci il oktyabrın 8-i Azərbaycan Respublikasının Prezidenti cənab Əbülfəz Elçibəyin 264 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür (ölümündən sonra).

Akif Əkbərov 2 fevral 1952-ci il Azərbaycanın Cəbrayıl rayonunun Balyand kəndində anadan olmuşdur. 1969-cu il Beyləqan şəhərindəki 1 saylı orta məktəbi bitirib. 1970-ci il Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına yollanıb. 1972-ci ildə ordudan tərxis olunmuşdur. 1974-cü ildə Beyləqan rayon Daxili İşlər Şöbəsində Polis nəfəri kimi fəaliyyətinə başlamışdlr. Sonuncu iş yeri Polis Şöbəsinin Dövlət Avtomobil Müfəttişliyi bölməsi olmuşdur. Polis baş çavuşu Akif Əkbərov həmin bölmədə yol-patrul xidməti müfəttişi vəzifəsində işləyirdi.
(Məqalə az.wikipedia.org saytından götürülmüşdür.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок