Son Xəbərlər:
Balakəndə şəhid Fərhad Ramazan oğlu Yusifovun  xatirəsi yad edilmişdir

Balakəndə şəhid Fərhad Ramazan oğlu Yusifovun xatirəsi yad edilmişdir

 

Balakəndə şəhid Fərhad Ramazan oğlu Yusifovun  oxuduğu Poşbinə məktəbində xatirə ğüşəsi açılmış, onun qəbir daşı yenidən bərpa edilmisdir. Bu münasibətlə məktəbdə keçirilən tədbirdə Azərbaycan QMƏVŞAİB-in Balakən rayon filialının üzvləri, hərbçilər, müəllim və şagird heyəti, eləcə də şəhidin qohumları iştirak etmişlər. Şəhidin məzarı ziyarət olunmuş, önünə gül dəstələri düzülmüşdür.

İştirakçılar xatirə guşəsi ilə tanış olmuş, məktəblilərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmişdir.

Fərhad Ramazan oğlu Yusifov Azərbaycan Respublikası Daxili Qoşunlarında xidmət etmiş, müstəqilliyimiz və torpaqlarımızın bütövlüyü naminə şəhid olmuşdur. 1993-cü il dekabrın 18-i Heydər Əliyevin fərmanı ilə o, xüsusi xidmətlərinə görə «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilmişdir (vəfatından sonra).

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок