Son Xəbərlər:
Bakıxanov qəsəbəsində Şuşanın işğalı günü və 9 May – Qələbə günü münasibətilə tədbir keçirilmişdir

Bakıxanov qəsəbəsində Şuşanın işğalı günü və 9 May – Qələbə günü münasibətilə tədbir keçirilmişdir

2018-ci il mayın 8-də Bakıxanov qəsəbəsindəki 107 saylı orta məktəbdə Şuşanın işğalı günü və 9 May – faşizm üzərində Qələbə günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan QMƏVŞAİB Sabunçu rayon filialının sədri Zülfüqar Cəfərov, ictimai birliyin üzvləri və digər qonaqlar iştirak etmişlər.

Şagirdlərin maraqlı çıxışları, müharibəyə aid videogörüntülərlə tədbir davam etmişdir. Filialının sədri Z.Cəfərov şagirdlərə müharibənin nə qədər dəhşətli bir bəla olduğunu anlatmış, mənfur düşmənlərimizin işğal etdikləri torpaqlarımız uğrunda şəhid olmuş igid oğullarımızın fədakarlığından danışmış, həmçinin Ali Baş Komandanın əmri ilə bütün tarixi Azərbaycan torpaqlarında bayrağımızın dalğalanacağı günün çox da uzaqda olmadığını söyləmişdir.

Z.Ceferov 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının da fədakarlığını qeyd edərək, Qarabağ müharibəsi qəhrəmanlarının onları özlərinə örnək saydıqlarını demişdir.

Bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni iştirakçıların ifasında canlı olaraq səsləndirilmişdir.

Sonda məktəbin kollektivi və şagirdlərlə xatirə şəkilləri çəkdirilmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок