Son Xəbərlər:
Bakıxanov qəsəbəsində şəhid ailələri ilə görüş keçirmişdir

Bakıxanov qəsəbəsində şəhid ailələri ilə görüş keçirmişdir

2018-ci il mayın 4-də Bakıxanov qəsəbəsində Azərbaycan QMƏVŞAİB Sabunçu rayon filialı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsi ilə birlikdə şəhid ailələri ilə görüş keçirmişdir. Görüşdə filialın sədri Zülfüqar Cəfərov Dövlət Xidməti ilə sıx əməkdaşlıqdan danışmış, bir sıra problemlərin həllində göstərdiyi dəstəyə görə idarənin kollektivinə minnətdarlığını bildirmişdir.

Z.Cəfərov həmçinin Dövlət başçısının imzaladığı son Fərman haqqında danışaraq, bu fərmanın şəhid ailələrinin rifah halının yüksəldilmsəində mühüm və humanist addım olduğunu vurğulamışdır. Sonra SHXÇDX-nin  Sabunçu rayon şöbəsinin rəisi polkovnik-leytenant Rövşən Babayev çıxış edərək dövlətin şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə qayğısından söz açmışdır. Həmçinin Dövlət xidməti ilə ictimai birliyin daim sıx elaqədə olduğunu qeyd etmişdir.

Şəhid anaları T.Xəlilova, M.Qafarova, X.Cəfərova belə görüşlərin onlara qarşı bir diqqət və təsəlli olduğunu bildirmişlər. Qarabağ müharibəsi əlili R.Məmmədov Prezident İlham Əliyevin yaxın vaxtlarda müharibə əlilləri üçün də belə bir Fərmanın imzalayacağına ümid etdiyini demişdir.

Tədbir qeyri-rəsmi və diskussiya şəraitində keçmişdir.

Sonda Qarabağ müharibəsində şəhid olmuş oğullarımızın əziz xatirəsi yad edilərək, ruhlarına ehsan süfrəsi açılmışdır. Filialın sədri Z.Cəfərov belə görüşlərin mütəmadi keçiriləcəyini bildirmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок