Son Xəbərlər:
Bakıdakı 8 saylı məktəbdə Azərbaycanın Dövlət Müstəqilliyi  günü ilə əlaqədar tədbir keçirilmişdir

Bakıdakı 8 saylı məktəbdə Azərbaycanın Dövlət Müstəqilliyi günü ilə əlaqədar tədbir keçirilmişdir

18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi  günü münasibətilə Bakıdakı 8 saylı məktəbdə Azərbaycan QMƏVŞAİB-in Nəsimi rayon filialının təşkil etdiyi tədbirə 40-a yaxın Qarabağ müharibəsi iştirakçısı dəvət olunmuşdur.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Ağsaqqallar şurasının və Nəsimi rayon filialının sədri Azər Quliyev çıxış etmişlər. Çıxışlarda bildirildi ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunmuşdur. Bu mühüm sənədin qəbul olunması ilə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок