Son Xəbərlər:

Babək Aslanov

as_ba

Babək Aslanov 08 mart 1974-cü il tarixində Laçın şəhərində ziyalı ailədə anadan olmuşdur.

1981-1991-ci ildə Laçın şəhər  1 nömrəli orta məktəbində təhsil almışdır.

1991-1993-cü illərdə Laçın rayonunda həqiqi hərbi xidmətdə olmuşdur. Həmin dövrdə Laçın, Kəlbəcər və Cəbrayıl rayonları ərazisində gedən döyüşlərdə iştirak etmişdir.

1993-1995-cü illərdə Daxili Qoşunların tərkibində  Füzuli uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

1994-1999-cu illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitunun Politologiya fakültəsində təhsil almışdır.

1998-ci ildə Nəqliyyat sektorunda(sərnişindaşıma) sahibkarlıq fəaliyyəti ilə məşqul olmuşdur.

2001-ci ildə Laçın Rayon 6 saylı tam orta məktəbdə Psixoloq vəzifəsinə təyin olunmuşdur.

2005-ci ildə Azərbaycan Müəllimlər İnstitunda Psixoloq ixtisası kursunda təhsil almışdır.

2001-2013-cü illərdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsində sədr müavini işləyib.

2013-cü ildən həmin şöbənin sədridir.

 

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок