Son Xəbərlər:
Bərdənin «ASAN Xidmət» könüllüləri Xocalı faciəsinə aid ədəbi-bədii kompozisiya nümayiş etdirdilər

Bərdənin «ASAN Xidmət» könüllüləri Xocalı faciəsinə aid ədəbi-bədii kompozisiya nümayiş etdirdilər

Bərdə regional «ASAN Xidmət» mərkəzinin könüllüləri tərəfindən Nadir Qədimlinin «O yurda bayrağı  mən taxacağam» adlı şeirinin motivləri əsazında hazırlanmış ədəbi-bədii  kompozisiya Ağdam dram teatrında və İmişli rayanunda gənclərin ifasında səsləndirilmişdir.

Tədbirdə Azərbaycan QMƏVŞAİB-in Bərdə rayon filialının sədri Etibar xanım Hüseynova və ictimai birliyin üzvləri də iştrak etmişlər. E.Hüseynova cıxışında gəncliyin vətənpərvərlik tərbiyəsini yüksək dəyərləndirərək demişdir: “Mən istəyirəm bu gəncləri hamı tanısın. Onlar Xocalı faciəsini oynamırdılar, yaşayırdılar. Millətinin dərdi ilə yaşayırdılar. Biz inanırıq kı, bu ruhda olan gənclər işğal altında olan torpaqlarımızda AZƏRBAYCAN BAYRAĞINI  asacaqlar.”

Vətənpərvərlik ruhunda olan tamaşa Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevə və  Xocalıda qəhrəmanlıq göstərmiş yerli əhaliyə ithaf olunub.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок