Bərdədəki Rəsm qalereyasında 20 Yanvar hadisələrinə dair tədbir keçirilmişdir

2020-ci il yanvarın 15-i Azərbaycan QMƏVŞAİB-in Bərdə rayon filialının üzvləri, Rəsm qalereyasının kollektivi 20 Yanvar – Ümumxalq Hüzn gününə həsr olunmuş tədbir keçirilmişdir. Öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə filialın sədri Etibar xanım Hüseynova 20 Yanvar hadisələrinə dair ətraflı cıxış etmişdir. Daha sonra fəal gənclər tariximizin həmin qanlı səhifəsinə aid məzmunlu cıxışlar etmiş, məktəblilərin ifasında şəhidlərə həsr edilmiş kompazisiyalar nümayiş olunmuşdur.

Tədbirin sonunda məktəblilərin çəkdikləri və 20 Yanvar hadisələrini əks etdirən rəsmlərdən ibarət sərgiyə baxış keçirilmişdir.

Onu da qeyd edək ki, yanvarın 14-ü Bərdə Regional Məddəniyət İdarəsinin şura iclası keçirilmişdir. Şuranın fəxri üzvü, Azərbaycan QMƏVŞAİB-in Bərdə rayon filialının sədri Etibar xanım Hüseynova idarənin nədəni həyatında yaxından iştirakına görə fəxri fərmanla təltif edilmişdir.