Son Xəbərlər:
Bərdədə xüsusi qayğıya ehtiyacı olanlarla bağlı ictimai müzakirələr keçirilib

Bərdədə xüsusi qayğıya ehtiyacı olanlarla bağlı ictimai müzakirələr keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilən “Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün maarifləndirmə tədbirlərinin təşkili” layihəsi  çərçivəsində ƏƏSMN yanında İctimai Şura ilə birgə Bərdə rayonunda şəhid ailələri, müharibə veteranları, qaçqın və məcburi köçkünlərin sosial hüquqlarına dair maarifləndirmə mövzusunda tədbir keçirilib. Bərdə şəhəri bələdiyyə evində baş tutan tədbir Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin təşkilatçılığı ilə həyata keçirilib. Tədbirdə Bərdə, Tərtər, Mingəçevir, Yevlax, Ağdam, Ağcabədi rayonlarından olan şəhid ailələri, müharibə veteranları, məcburi köçkünlər, aztəminatlı ailələrdən olan şəxslər iştirak etmişlər. Müzakirələrdə Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Qarayev, Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin Bərdə rayonu üzrə nümayəndəsi Yunis Məmmədov, ƏƏSMN-nin, Məşğulluq idarəsinin yerli nümayəndələri, ekspertlər, vətəndaş cəmiyyəti təmsilçiləri, eləcə də Çernobl Əlilləri” ictimai birliyinin sədri Mirhəsən Həsənov iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan ƏƏSMN yanında İctimai Şuranın sədri Umud Mirzəyev ölkədə aparılan sosial islahatlardan, yeni çağırışların əhəmiyyətindən söz açıb. O, həyata keçirilən layihənin məqsədi və məramı haqda iştirakçılara məlumat verib, sosial əlaqələndirmə və sosial çağırışların düzgün dəyərləndirilməsində dayanıqlılığının təmin edilməsi ilə vətəndaşların sosial maarifləndirilməsinin əhəmiyyətindən danışıb. Azərbaycan QMƏVŞAİB-in sədri Mehdi Mehdiyev ölkədə aparılan sosial islahatlara dair cəmiyyətin maarifləndirilməsi sahəsində tədbirlərin əhəmiyyətinə toxunub,  müharibə veteranlarının problemlərinin həlli istiqamətində dövlət və vətəndaş cəmiyyəti qurumlarının birgə fəaliyyətinin zəruriliyini qeyd edib.

İctimai Şura üzvləri  İradə Rzazadə, Mirhəsən Həsənov, Məmmədhəsən Həsənov, Zaur Quliyev dövlət vətəndaş münasibətlərində şəffaflığın artırlması, sosial islahatlara əlçatanlığın təmin edilməsi, məşğulluq imkanlarının artırılması üçün görülən tədbirlərdən söz açıblar. Layihə çərçivəsində sosial maarifləndirmə məqsədi ilə tədbirlərin əhəmiyyətini vurğulayıblar. Vətəndaş müraciətlərinin araşdırılması, həssas insanların problemlərinin həlli üçün müvafiq ekspert xidmətlərinin təşkili, eləcə də müvafiq dövlət qurumları ilə sosial əlaqələndirilməsi haqda iştirakçılara məlumatlar verilib.

Daha sonra şəhid ailələri, müharibə veteranları, məcburi köçkünlərin qaldırdığı torpaq, sosial müavinət, məşğulluq, mənzil təminatı və başqa məsələlər ətrafında müzakirələr aparılıb bir sıra vacib məsələlər yerli dövlət qurumları, vətəndaş cəmiyyəti qurumları ilə müzakirələrdən sonra, nəzarətə götürülüb  icrası ilə bağlı yerindəcə tapşırıqlar verilib.

Tədbirin sonunda tədbir iştirakçıları çay süfrəsinə dəvət olunub.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок