HomeBütün XəbərlərBərdədə şəhid Zeyanalov Hafiz Tahir oğlunun anım mərasimi keçirilmişdir

Bərdədə şəhid Zeyanalov Hafiz Tahir oğlunun anım mərasimi keçirilmişdir

Bərdədə şəhid Zeyanalov Hafiz Tahir oğlunun anım mərasimi keçirilmişdir

17.02.2020-ci il tarixdə Bərdə rayonunun Gərənə kəndində şəhid Zeyanalov  Hafiz Tahir oğlunun anım mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan QMƏVŞAİB-in Bərdə rayon filialının sədri Etibar xanım Hüseynova və ictimai birliyin fəal üzvləri, şəhidin yaxınları iştrak edirdilər.

Öncə şəhidin Bərdə Şəhidlər Xiyabanındakı məzarı ziyarət edilmişdir. Sonra şəhidin ailə üzvləri, yataq xəstəsi olan atası ziyarət edilmişdir.

Tədbir şəhidin adını daşıyan məktəbdə davam etdirilmişdir. Filialın sədri E.Hüsüynova və üzvləri,  məktəbin rəhbəri Səbinə xanım çıxış etmişlər.