Son Xəbərlər:
Bərdədə şəhid Musa Vəliyevin anım mərasimi keçirilmişdir

Bərdədə şəhid Musa Vəliyevin anım mərasimi keçirilmişdir

2019-cu il iyunun 11-i Bərdə rayonu şəhid Musa Vəliyev adına Böyük Qacar kənd orta məktəbində şəhidin anım mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru İslam Əzimov açaraq məktəbin nailiyyətlərindən danışdı.

Tədbirdə Azərbacan QMƏVŞAİB-in Bərdə rayon filialının sədri Etibar xanım Hüseynova çıxış edərək gənclərin vətənpərvərlik tərbiyəsindən geniş söhbət açdı. Daha sonra o, məktəbin direktorunun fəaliyyətini qiymətləndirərək, Azərbaycan QMƏVŞAİB-in təsis etdiyi «Vətən Naminə» medalını İ.Əzimova təqdim etdi.

Tədbirin sonunda şəhid Musa Vəliyevin anası tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirdi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок