Son Xəbərlər:
Bərdədə şəhid Hafiz Zeynalovun anım mərasimi keçirilmişdir.

Bərdədə şəhid Hafiz Zeynalovun anım mərasimi keçirilmişdir.

Bərdə rayonunda şəhid Hafiz Zeynalov adını daşıyan Gərənə kənd orta məktəbində şəhidin anım mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan QMƏVŞAİB-in Bərdə rayon filialının sədri Etibar Hüseynova başda olmaqla filialın bir qrup fəal üzvü – Qarabağ əlilləri və veteranları da iştirak etmişlər.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Səbinə Məmmədova açaraq sözü Etibar Hüseynovaya vermişdir. E.Hüseynova şəhidin keçdiyi həyat yolundan danışmış, gənclərimizin vətənpərvərlik əhval-ruhiyyəsinin yüksək olduğunu qeyd etmişdir. O, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş insanların xatirəsinin əziz tutulduğunu və heç zaman unudulmayacağını qeyd etmişdir.

II qrup Qarabağ müharibəsi əlili Canbaxışov Camal şəhidin keçdiyi döyüş yolundan söhbət açmışdır.

Məktəbin şagirdləri şəhid H.Zeynalova həsr edilmiş kompozisiyalar söyləmişlər.

Daha sonra şəhidin xatirəsinə ehsan süfrəsi açılmışdır.

Azərbaycan QMƏVŞAİB-in Bərdə rayon filialının üzvləri məktəbin rəhbərliyi ilə birlikdə şəhidin evində olmuş, atası Tahir Zeynalova baş çəkmişlər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок