Son Xəbərlər:
Bərdədə «QARABAĞ AZƏRBAYCANDIR» mövzusunda tədbir keçirilmişdir

Bərdədə «QARABAĞ AZƏRBAYCANDIR» mövzusunda tədbir keçirilmişdir

2019-cu il noyabrın 1-i Bərdə rayon “ASAN XİDMƏT”-in könüllüləri ilə Azərbaycan QMƏVŞAİB-in  Bərdə rayon filialının «QARABAĞ AZƏRBAYCANDIR» mövzusunda birgə tədbiri keçirilmişdir.

Tədbiri  filialın sədri Etibar xanım Hüseynova açaraq tədbirin mövzusu haqda ətraflı məlumat vermişdir. O demişdir ki, Azərbaycanın prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərində keçirilmiş “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında dediyi “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi ölkə prezidentinin və xalqımızın iradəsini bütün dünyaya bəyan edən bir jestdir.

Tədbirdə ictimai birliyin fəalları və “ASAN XİDMƏT”-in rəhbəri də çıxış etmişlər.

Mövzu ətrafındakı diskussiyalarda gənclər xüsusi fəallıq göstərmişlər.

Tədbir «Qarabağ Azərbaycandır!», “Qarabağ bizimdir, bizim olacaq!” şüarları ilə başa çatmışdır.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок