Son Xəbərlər:
Bərdədə Milli qəhrəman Hafiz Tahir oğlu Zeynalovun doğum günü qeyd olundu

Bərdədə Milli qəhrəman Hafiz Tahir oğlu Zeynalovun doğum günü qeyd olundu

2018-ci il fevralın 15-i Bərdə rayonunda Milli qəhrəman  Hafiz Tahir oğlu Zeynalovun doğum günü münasibətilə onun adını daşıyan Gərənə kənd orta məktəbində şəhidin anım tədbiri keçirilmişdir.

Tədbirdən öncə Bərdə şəhərindəki Şəhidlər Xiyabanı ziyarət olunmuş, şəhidin məzarı önünə əklil və gül dəstələri qoyulmuş, ailəsinə baş çəkilmişdir.

Tədbirdə Azərbaycan QMƏVŞAİB-in Bərdə rayon filialının sədri Etibar xanım Hüseynova, birliyin bir neçə fəal üzvü, məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak etmişlər. İştirakçılar Hafiz Zeynalovun keçdiyi qısa, lakin şərəfli ömür və döyüş yollarından danışdılar.

Məktəblilərin ifasında vətənpərvərlik mövsuzunda səhnəciklər və kompozisiyalar nümayiş etdirilmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок