Son Xəbərlər:
Bərdədə “İslam Həmrəyliyi gənclərin gözü ilə” mövzusunda dəyirmi masa keçirilmişdir

Bərdədə “İslam Həmrəyliyi gənclərin gözü ilə” mövzusunda dəyirmi masa keçirilmişdir

12 iyul 2017-ci il tarixdə Bərdə rayon Mərkəzi Kitabxanasında Gənclər və İdman idarəsinin təşkilatçılığı və rayonun fəal gənclərinin iştirakı ilə “İslam Həmrəyliyi gənclərin gözü ilə” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirə Mədəniyyət və Turizm Şöbəsindən, Rayon Mərkəzi Xəstəxanasından, Təhsil Şöbəsindən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsindən nümayəndələr, Bərdə regional “ASAN xidmət” mərkəzin könüllüləri,b Dövlət İdarəetmə və Texnologiya kollecinin və ali məktəblərin tələbələri və fəal gənclər dəvət olunmuşlar.

Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin rəis müavini Aydın Qasımov açaraq  bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi təsadüfi deyil. Müstəqillik qazandıqdan sonra Azərbaycan hakimiyyəti İslam həmrəyliyi məsələsinə həmişə diqqət yetirmişdir. Xüsusən ulu öndər Heydər Əliyev Azərbaycanda xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn kimi ölkə daxilində dindarların problemləri ilə maraqlanmış, dövlət və din münasibətlərinin tənzimlənməsində, multikulturalizm və tolerantlıq dəyərlərinin bərqərar edilməsində çox işlər görmüş, xarici siyasətdə isə İslam amilinə xüsusi diqqət yetirmişdir. Ölkə rəhbərinin “İslam həmrəyliyi” ilə bağlı çağırışını ulu öndər Heydər Əliyevin hələ 1993-cü ildə irəli sürdüyü “İslam birliyi” ideyasının məntiqi davamı kimi dəyərləndirmək lazımdır. Bu gün İslam dünyası çətin dövr yaşayır – çoxsaylı münaqişələr, terror, radikalizm, məzhəbçilik kimi hallar artır. Biz bu dəhşət saçan mənzərənin çıxış yolunu həm də həmrəylikdə görürük. İslam həmrəyliyi eyni maraqları yox, eyni dəyərləri bölüşənlərin birliyidir. Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və IV İslam Həmrəyliyi Oyunları əslində Azərbaycandan İslam dünyasına verilən önəmli mesajdır. Azərbaycan xalqının mədəniyyətə, sivilizasiyalararası dialoqa verdiyi önəmin nəticəsində hər bir gənc istənilən kürsüdən məğrurluqla çıxış edə bilir. Bu gün Azərbaycan gəncinin üstün keyfiyyətlərindən biri bütün dinlərə hörmət etməkdir. Bütün dinlərə hörmətlə yanaşan ümummilli lider Heydər Əliyev sülhə, əmin-amanlığa böyük önəm verirdi və bu siyasət  Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbənin baş məsləhətçisi  Rahib İbrahimov çıxış edərək Azərbaycanda dinlər arasında heç vaxt qarşıdurma, məzhəb ayrı-seçkiliyinin olmadığından, tolerant və multikultural mühitin mövcudluğundan,dini radikalizm, ekstremizm və onun fəsadlarından qorunması üçün gənclərin  maariflənməsinin, radikal qrupların təsirinə məruz qalmamaları baxımından mühüm əhəmiyyəti olduğundan danışdı və dini təriqətlərin radikal yönümlü fəaliyyətləri barədə geniş və ətraflı məlumat verdi.

Daha sonra çıxış edən Mərkəzi Kitabxananın Uşaqlara Xidmət Şöbəsinin müdiri Sevda Süleymanova, T.İsmayılov adına şəhər 1№li tam orta məktəbin müəllimi Tamella Hüseynova ,fəal gənclər Ruslan Əhmədov,vNəsibə Kərimova və başqaları dövlətimizin gənclər siyasəti, gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz ruhunda tərbiyə olunması, bu dəyərlərin ümumi prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması  barədə və maarifləndirici işin gücləndirilməsinin vacibliyindən danışdılar.

Tədbirə Bərdə rayon Gənclər və İdman idarəsinin rəis müavini Aydın Qasımov yekun vurdu.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок