Son Xəbərlər:
Bərdədə Heydər Əliyevin anım mərasimi keçirilmişdir

Bərdədə Heydər Əliyevin anım mərasimi keçirilmişdir

11 dekabr 2018-ci il tarixdə Bərdə rayonu Heydər Əliyev Mərkəzində ulu öndərin anım mərasimi münasibətilə 1998-ci il Prezident seçkilərində H.Əliyevin səlahiyyətli nümayyəndəsi seçilmiş, həmin ildə ulu öndər Heydər Əliyevlə şəxsən görüşmüş Azərbaycan QMƏVŞAİB-in Bərdə rayon filialının sədri Etibar Hüseynova ilə gənclərin görüşü keçirilmişdir. Görüşü Mərkəzin direktoru Arifət xanım açaraq ulu öndərin həyatından, Azərbaycan üçün xidmətlərindən geniş söz açmışdır. Sonra isə 1993-cü ildə Heydər Əlyevin təbliğatçısı olan, onunla bağlı xatirələrindən söz açaraq Etibar xanımı gənclərlə tanış etdi və sözü ona verdi.

Etibar Hüseynova ulu öndərlə bağlı xatirələrini danışmış və onun müstəqil Azərbaycanın banisi olduğunu gənclərin diqqətinə çatdırmışdır. H.Əliyevin SSRİ dönəmindəki Azərbaycana rəhbərlik etdiyi dövrdən, 1988-1993-cü illəri əhatə edən hadisələrdən gənclərlə geniş söhbət açmışdır. H.Əliyevin ilk olaraq atəşkəsə nail olmasını, daha sonra neft kontraktını imzalamasının bu günki Azərbaycan üçün nə qədər önəmli olduğunu gənclərin diqqətinə çatdırmışdır.

Tədbirdə çıxış edən gənclər görüşdən çox məmnun qaldıqlarını qeyd edərək ulu öndərə olan böyük sevgilərindən danışmışlar.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок