Son Xəbərlər:
Bərdədə güllə atıcılığı üzrə məktəblilərin VII ənənəvi rayon birinciliyi keçirilmişdir

Bərdədə güllə atıcılığı üzrə məktəblilərin VII ənənəvi rayon birinciliyi keçirilmişdir

2017-ci il noyabrın 20-də şəhid Alı adına Bərdə şəhər 5 saylı tam orta məktəbdə rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd səmasında ermənilər tərəfindən vurulmuş helikopterdə həlak olanların xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə məktəblilərin VII ənənəvi rayon birinciliyi keçirilmişdir.

Həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Teymur Həmidov açaraq iştirakçıları məktəb kollektivi adından salamladı. O, tədbirin əhəmiyyətini vurğulayaraq, yeniyetmə və gənclərdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi sahəsində belə tədbirlərin vacibliyindən danışdı.

Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov Qarakənd faciəsi haqqında məlumat verərək qeyd etdi ki, bu tədbirin keçirilməsində əsas məqsəd faciə qurbanlarının xatirəsini bir daha yad etmək, yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirməkdən ibarətdir. Sonra o, aprel döyüşlərində əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqlardan, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabları tərəfindən gənclərin hərtərəflı inkişafı üçün göstərilən xüsusi diqqət və qayğıdan danışdı.

Bərdə rayon Təhsil şöbəsinin metodisti, yarışın baş hakimi İsa Abbasov yarış barədə komandalara ətraflı məlumat verdi.

Birincilik təşkilatçılar tərəfindən təsdiq olunmuş əsasnaməyə uyğun olaraq keçirilmişdir.

Yarışın yüksək səviyyədə keçirilməsi və iştirakçıların göstərdiyi nəticələrini qiymətləndirilməsi məqsədi ilə aşağıdakı tərkibdə hakimlər heyəti təyin edilmişdir:

1.Abbasov İsa Böyükkişi oğlu – Təhsil şöbəsinin metodisti, baş hakim

2.Qasımov Aydın Qnyaz oğlu – Gənclər və İdman idarəsinin rəis müavini, hakim

3.Rəsulov Anar Həsən oğlu – Təhsil şöbəsinin metodisti, hakim

4.Abdullazadə İsmayıl Akif oğlu – Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi, hakim

5.Şükürov Yavər Cəfər oğlu – gənclərin çağırışaqədərki hazırlıq fənni müəllimi, hakim

Yarış pnevmatik tüfəngdən hər iştirakçıya 3 güllə olmaqla 6 metr məsafədən atəş açmaqla keçirilmişdir. Hər komandada 2 oğlan və 2 qız iştirak etmişdir.

Daha yaxşı nəticə göstərən G.Qarayev adına Mustafaağalı kənd tam orta məktəbinin komandası I yeri, Y.Kərimov adına kənd tam orta məktəbin komandası II yeri və İ.Abbasov adına Kələntərli kənd tam orta məktəbin komandası isə III yeri tutdular.

Oğlanlar arasında N.Nərimanov adına Bərdə şəhər 3 saylı tam orta məktəbin komandasının üzvü Yaşar Mahmudov, qızlar arasında isə G.Qarayev adına Mustafaağalı kənd tam orta məktəbin komandasının üzvü Aytən Mahmudova daha çox xal toplayaraq birinci oldular.

Qalib komandalar və yüksək nəticə əldə etmiş şagirdlər Bərdə rayon Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplomları ilə təltif olundular.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок