Son Xəbərlər:
Bərdədə Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudova həsr olunmuş filmin təqdimatı keçirilmişdir

Bərdədə Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudova həsr olunmuş filmin təqdimatı keçirilmişdir

2019-cu il mayın 14-ü Bərdə rayonunda Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudova həsr olunmuş filmin təqdimatı keçirilmişdir.

Tədbirdən öncə qəhrəmanın məzarı ziyarət edilmişdir. Sonra Bərdə 1 saylı musiqi məktəbinin zalında filmə baxılmışdır. Tədbir qəhrəmanın adını daşıyan Bərdə şəhər 6 saylı orta məktəbdə davam etdirilmişdir.

Daha sonra isə qonaqlar Bərdə türbəsini ziyarət etmişlər. Tədbirin təşkil olunmasında Azərbaycan QMƏVŞAİB-in Bərdə rayon filialının da böyük dəstəyi olmuşdur.

Təqdimat mərasimində filmdə çəkilmiş filial üzvləri və filialın sədri Etibar xanım Hüseynova çıxış etmişlər. Etibar xanım Hüseynova vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə «Milli qəhrəman Səfiyar Behbudov»adına fəxri fərmana layiq görülmüşdür.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок