Son Xəbərlər:
Bərdə məktəbində şəhid Milli Qəhrəman Mübariz İbrahimovun anadan olmasının 31-ci ildönümü qeyd edildi

Bərdə məktəbində şəhid Milli Qəhrəman Mübariz İbrahimovun anadan olmasının 31-ci ildönümü qeyd edildi

Bərdə şəhər 1 saylı tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə şəhid ailələri, müharibə əlilləri və veteranları ilə yanaşı Bərdə rayon təhsil şöbəsininin müdiri Rzaqulu Şərifov,  Azərbaycan QMƏVŞAİB-in Bərdə rayon filialının sədri Etibar xanım Hüseynova, Qafqaz Müsəlmanları idarəsinin qazisi, Bərdə Cümə məscidinin axundu Ramazan Hüseynov da iştirak etmişlər.

Tədbiri məktəbin direktoru Qamboy Məmmədov açaraq Mübariz İbrahimovun doğulduğu ailədən, onun Vətənə xidmətindən, hərbi hissədən düşmənin arxa cinahına keçməsi və göstərdiyi misilsiz şücaətindən, düşmənə vurduğu sarsıdıcı zərbədən danışdı. Milli Qəhrəman haqqında geniş və əhatəli məlumatdan sonra şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

Daha sonra Bərdə rayon təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov şəhid ailələrini salamlayaraq şəhidliyin ən uca zirvə olduğunu bildirdi. O, ədəbi-bədii kompozisiyanı yüksək qiymətləndirərək, bədii tərtibat və təşkilatçılığa görə Tamella Hüseynovaya öz təşəkkürünü bildirdi.

Etibar xanım Hüseynova öz çıxışında rəhbərlik etdiyi təşkilatın sıralarında təmsil olunan veteranların hər an döyüşə hazır olduğunu bildirdi. Tədbirdə iştirak edən aprel şəhidlərinin valideynlərinə, aprel döyüşlərinin iştirakçılarına, digər veteran və əlillərə dərin minnətdarlığını ifadə etdi. Etibar xanım gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında Bərdə rayon təhsil şöbəsinin rolunu yüksək qiymətləndirdi. Eyni zamanda müharibənin ağır illərində Bərdə Cümə məscidinin axundu Ramazan Hüseynovun misilsiz xidmətlərindən də danışdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 Fevral – Gənclər günü ilə əlaqədar çıxışını vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi üçün böyük önəm kəsb etdiyini  vurğuladı.

Axund Ramazan Hüseynov çıxış edərək Bərdədə şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlərin vaxtaşırı keçirilməsinə görə rayon rəhbərliyinə və Bərdə rayon təhsil şöbəsinə təşəkkür etdi. O, orta məktəblərdə vətənpərvərlik ruhunda keçirilən tədbirləri alqışladı, Milli Qəhrəman Mübariz İbrahimovun ad gününün isə Azərbaycan xalqı üçün önəmli hadisə olduğunu qeyd etdi.

Tədbirdə həmçinin aprel şəhidləri Səbuhi Musayev və Ziya Həsənovun valideynləri, veteran və əlillər, Bərdə rayon Hərbi Komissarlığının əməkdaşı və   eləcə də ictimaiyyət nümayəndələri çıxış etdilər.

Sonda ictimai fəal, Karate Idman Federasiyasının Qarabağ üzrə nümayəndəsi Baxşeyiş Məmmədov təmsil etdiyi təşkilat adından tədbirin keçirilməsinə şərait yaratdığına görə Bərdə şəhər 1 saylı məktəbin direktoru Qamboy Məmmədova, bədii hissənin tərtibatına və təşkilati işlərə görə Tamilla Hüseynovaya, aktyor oyununa görə məktəbin şagirdi Nigar Hüseynovaya fəxri fərmanlar təqdim etdi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок