Son Xəbərlər:
Bərdədə Milli Qəhrəman Alı Mustafayevin anadan olmasının 66-cı ildönümü münasibətilə tədbir keçirilmişdir

Bərdədə Milli Qəhrəman Alı Mustafayevin anadan olmasının 66-cı ildönümü münasibətilə tədbir keçirilmişdir

2018-ci il aprelin 14-ü Bərdə şəhər A.Mustafayev adına  5 saylı tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin anadan olmasının 66-cı ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Milli Qəhrəmanın ailə üzvləri, tələbə yoldaşları, Bərdə rayon Təhsil şöbəsinin müdürü Rzaqulu Şərifov, Azərbaycan QMƏVŞAİB Bərdə rayon filialının sədri Etibar Hüseynova, məktəbin rəhbərliyi və müəllim kollektivi iştirak etmişlər.

Mərasim milli qəhrəmanını büstünün ziyarət olunması ilə başlandı. Tədbir iştirakçıları abidənin önünə gül-çiçək dəstələri düzdülər.

Tədbirdə R.Şərifov, E.Hüseynova, məktəbin direktoru T. Həmidov, əməkdar müəllim M. Nəbaqqi vətənpərvərlik mövzusunda çıxışlar etdilər. Milli Qəhrəmanın tələbə yoldaşları, yaxın dostları onun haqqında xatirələrini söylədilər. Milli Qəhrəmanın ailə üzvləri Alı Mustafayevin xatirəsi əziz tutduqları üçün bərdəlilərə öz minnətdalıqlarını bildirdilər.

Tədbirin sonunda məktəbin direktoru T.Həmidov vətənpərvərlik tədbirlərinin keçirilməsindəki xidmətlərinə görə Azərbaycan QMƏVŞAİB-in təsis etdiyi “Vətən Naminə” medalı ilə təltif edildi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок