Son Xəbərlər:
Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordunun 100 illik yubileyi  mərasimi

Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordunun 100 illik yubileyi mərasimi

Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordunun 100 illik yubileyi münasibətilə Azərbaycan QMƏVŞAİB bayram tədbiri keçirmişdir.

Tədbirdən öncə ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilmiş, məzarı önünə əklil qoyulmuşdur. Eləcə də  görkəmli oftalmoloq Zərifə Əliyevanın xatirəsi yad edilmiş, məzarı önünə gül dəstələri qoyulmuşdur.

Tədbir iştirakçıları Şəhidlər Xiyabanında şəhidlərin xatirəsini yad etmiş, məzarları önünə əklil və gül dəstələri qoymuşlar.

Tədbirin bədii hissəsi “Azəri” şadlıq sarayında keçirildi. Tədbirdə Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev, Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Rauf Dəmirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi, polkovnik Şaiq Məmmədov, Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri, general-mayor Məmmədhüseyn Sarıyev, Cernobıl Əlilləri cəmiyyətinin sədri Mirhəsən Həsənov, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dəstək Şurasının üzvü Emin Həsənli, QHT rəhbərləri, ehtiyatda olan hərbi qulluqçular, KİV nümayəndələri, Hərb tarixi muzeyinin direktoru Əzizağa Qəni-zadə, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş hərbi qulluqçular və ictimai birliyin filial sədrləri iştirak etmişlər.

İştirakçılar AXC-nin, Milli Ordunun yaradılmasında şəhid olanların, ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının müstəqilliyi, azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Azərbaycan Respublikasının Himni səsləndirildi.

Azərbaycan QMƏVŞAİB-in sədri, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev qonaqları salamladı, tədbirin mahiyyətini onlara çatdırdı.

Texniki Universitetin tarix kafedrasının müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru Şikar Qasımov çıxış edərək, demişdir ki, keçən dövrdə obyektiv və subyektiv səbəblərdən və tarixi unutqanlıq üzündən biz tarixi uğurlarımızı layiqincə dəyərləndirməmişik. Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra müstəqillik yolunda biz Xalq Cümhuriyyətinin, Azərbaycan Ordusunun keçdiyi yolu dəqiqliklə araşdırıb öyrəndik. Diqqətinizə çatdırmaq istəyirəm ki, cümhuriyyətin ağır illərində ordu qurmaq zərurəti hələ 1918-ci ildə meydana gəlmişdi. Həmin il Zaqafqaziya Seymi tanındı. Orada gürcüləri almanlar, Azərbaycanı isə Türkiyə müdafiə edirdi. Ermənistanı müdafiə edən Rusiya isə ermənilər üçün ərazi iddiası ilə çıxış edirdi. Həmin torpaqlar isə Azərbaycanın hesabına verilməliydi. Məsələ elə qoyulmuşdu ki, Türkiyənin şərq ərazilərindən sıxışdırılan ermənilər Azərbaycanda məskunlaşdırılırdı.

1918-si ildəki konfransda işirak edən 28 nəfərdən 20-sinin lehinə səs verməsi ilə İrəvan ermənilərə “hədiyyə” edildi. Bunun müqabilində şərtlər qoyulmuşdu ki, Gəncənin dağlıq ərazilərindən ermənilər əl çəkəcəklər və Bakıdakı qırğını dayandıracaqlar. Amma qısa dövrdə cəbhədəki vəziyyətin dəyişməsi bütün prosesləri pozdu. O zaman Azərbaycana köməyə gələn Nuru paşanın komandanlığı altında türk əsgərlərinin qanı hesabına Bakıdakı qırğınıların qarşısı alındı. Lakin vəzuyyət gərgin olaraq qalırdı. Quldur Andronikin dəstələri Naxçıvan, Qarabağ, Zəngəzur istiqamətində hücuna keçmişdilər. O vaxt Azərbaycanın ilk müdafiə naziri olmuş Osman bəy Nəsrullayev  (Qarabağın qubernatoru idi) və onun qardaşı, xalq qəhrəmanı Sultan bəy Nəsrullayev öz ordusu ilə dağlarda erməni quldurlarına qarşı sinələrini sipər etmişdilər.

İyun ayının 26-da əlahiddə Azərbaycan korpusu yaradıldı.  Bu gün həmin tarix Azərbaycan Silahlı Qüvvələrinin yaranma günü kimi qeyd edilir. O zamankı proqrama əsasən 1919-cu ildə 25 min, 1920-ci ildə isə 40 min nəfərdən ibarət ordu yaradılmalı idi. Bu istiqamətdə müəyyən addımlar atıldı. Amma nə etmək olar, dünyadakı standartlar nəticəsində 1920-ci ilin aprel işğalı baş verdi, Azərbaycan Xalq Cümhuriyyəti süquta yetirildi, milli ordu ləğv edildi. Azərbaycan ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra ordu yaradılmağa başladı. Bu gün Azərbaycan Ordusu regionun ən güclü  ordusuna çevrilmişdir.

Bayram tədbirində çıxış edən Müdafiə Nazirliyinin Zabitlər Evinin mahnı və rəqs ansamblının ifaları qonaqlara xoş ovqat bəxş etmişdir.


Prezident Adminstrasiyasının ictimai-siyasi şöbənin baş məsləhətçisi Rasim Mirzəyev çıxışında müasir ordunun gücləndirilməsindən, Qarabağ müharibsi statuuna malik olan nisab\nlara dövlətin göstərdiyi və yaxın zamanda göstəriləcək qayğıdan danışdı.

Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Rauf Dəmirov çıxışında Az. QMƏVŞAİB-in vətənpərvərlik tədbirlərindən danışdı və bu işdə fərqlənən filial sədrlərini Müdafiə Nazirliyinin Fəxri Fərmanları ilə təltif etdi.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi, polkovnik Şaiq Məmmədov, Ehtiyatda olan Zabitlər Konfedrasiyasının sədri, general-mayor Məmmədhüseyn Sarıyev, Cernobıl Əlilləri cəmiyyətinin sədri Mirhəsən Həsənov, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dəstək Şurasının üzvü Emin Həsənli öz çıxışlarında Azərbaycab QMƏVŞAİB-in fəaliyyətini, keçirdiyi tədbirlərin əhəmiyyətini vurğulayaraq gələcək fəaliyyətində uğurlar arzuladılar.

Tədbirin yekununda çıxış edən Azərbaycan QMƏVŞAİB-in sədri, e.o. polkovnik Mehdi Mehdiyev Milli Ordunun gücləndirilməsindən, işğal altında olan toprpaqlarımızı  azad etməyə qadir olmasından, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Qarabağ Müharibəsi statuslu insanlara göstərdiyi qayğıdan danışdı.

Sonda Azərbaycan QMƏVŞAİB-in  Azərbaycan Respublikasının Prezidenti, Silahlı  Qüvvələrin  Ali Baş Komandanı, Zati-Aliləri cənab İlham Əliyevə Müraciəti oxundu.

Tədbir böyük ruh yüksəkliyi ilə başa çatdı.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок