Son Xəbərlər:
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə qardaş Türkiyədən ölkəmizə təbriklər daxil olmaqdadır

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə qardaş Türkiyədən ölkəmizə təbriklər daxil olmaqdadır

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə qardaş Türkiyədən ölkəmizə təbriklər daxil olmaqdadır. Anadolu Aydınlar Ocağının rəhbəri, Türkiyə-Azərbaycan Dövlətlərinin Qardaşlıq və Candaşlık Layihəsi, Mədəniyyət, İdman, İncəsənət, Tarix, Strateji və İnkişaf Platformasının başçısı Prof.Dr. İbrahim Öztek 28 May – Respublika günü münasibətilə xalqımızı təbrik etmişdir. Təbrik məktubunda deyilir:

Mayın 28-də qardaş ölkəmiz olan Azərbaycan Respublikasının yaranmasının 100 illiyi münasibətilə sizləri ürəkdən təbrik edirəm. Azərbaycan qardaş ölkə, həm də əkiz qardaşımızdır. Digər türk dövlətlərinin bəziləri hələ də türk olduqlarını  unutduqları, bizdən bir az uzaq olduqları halda, qardaşımız Azərbaycan bizə və milli dəyərlərimizə daha çox maraq göstərir. «Türkiyə və Azərbaycan bir gövdənin iki şah damarıdır. Damarlardan biri narahat olduqda, digərinə də böyük təhlükə var». Biz şüurlu olmaq məcburiyyətindəyik.

1917-ci il rus və erməni işğalı altında olan Azərbaycanda qırx min türk qətlə yetirilmişdir. 31 mart 1918-ci ildə təkcə Bakıda 17 min türk öldürülmüşdür. Bu səbəbdən Azərbaycan dövlətini qorumağa çalışan Məmmədəmin Rəsulzadə Osmanlı dövlətindən kömək istəmişdir. Birinci Dünya Müharibəsinin son günlərinə yaxın Ənvər Paşanın qardaşı Nuri Paşanın əmri ilə Mosulda 8000  könüllünü birləşdirən Qafqaz İslam Ordusu formalaşdı. Bu orduya təxminən 4000 azərbaycanlı və dağistanlı könüllü qatıldı. Həmin ordu Batumdən və Tiflisdən Gəncə və Bakıya daxil oldu. Sentyabrın 15-i bir sıra müharibələr, ilk növbədə alman, sonra isə gürcü, erməni, rus və ingilis əsgərləri ilə qarşılaşaraq Bakıya girməyə müvəffəq oldu, bölgəni düşmənlərdən təmizlədi. Ordunun bir qolu Dağıstana, bir qolu isə Təbrizə getdi və bu bölgələri düşmən işğalından qurtardı. Müharibənin son günləri Türk ordusu öz möhtəşəmliyi ilə dünyanın ən güclü ordularını geridə qoyurdu.

Mayın 28-də düşməndən təmizlənmiş Gəncə şəhərində Məmmədəmin Rəsulzadə türk dünyasının ilk respublikasını elan etdi. Sentyabrdan 15-dən sonra isə bu respublika Bakıya köçdü.

Hal-hazırda müstəqil bir respublika kimi, Azərbaycan inkişaf edən iqtisadiyyatı, sənayesi, Silahlı Qüvvələri və müasir təhsil ilə Qafqazın parlayan ulduzudur.  Bu inkişaf və çiçəklənmə Ulu öndər, Ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində baş vermişdir. Sovet dövlətinin ən yüksək vəzifələrində olmuş Heydər Əliyev böyük bir rəşadət göstərərək Moskvada olmağına baxmayaraq, həmişə Azərbaycanın müstəqilliyinə çalışmışdır. «Bir millət – iki dövlət» şüarı ilə Türkiyə ilə iş birliyi qurmuş, iqtisadiyyatı dirçəltmiş, latin əlifbasına keçidi təmin etmiş, ölkənin müdafiəsi məsələlərində əhəmiyyətli addımlar atmağa nail olmuşdur. Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, TANAP, Nabuk, Trans Xəzər Neft-kimya arteriyasının yaradılması, dəmir yollarının qurulması kimi layihələrlə millətin formalaşmasında mühüm və qiymətli töhfələr vürmişdir. Bu işlər bu gün İlham Əliyevin rəhbərliyi altında davam etdirilir.

Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk də «Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir» deyərək, qardaşlığımızın əhəmiyyətini vurğulamışdır.

«Türkiyə və Azərbaycan – bir millət, iki dövlət, yaşayacaq sonsuza qədər» deyərək, azərbaycanlı qardaşlarımızı, candaşlarımızı, Azərbaycanın dövlət rəhbərlərini 28 May – Respublika günü münasibətilə təbrik edir, sonsuz salamlarımı, sevgi və hörmətimi bildirirəm.

 Prof.Dr. İbrahim Öztek,
Anadolu Aydınlar Ocağının rəhbəri (Türkiyə-Azərbaycan
Dövlətlərinin Qardaşlıq və Candaşlık Layihəsi,
Mədəniyyət, İdman, İncəsənət, Tarix, Strateji və
İnkişaf Platformasının başçısı)

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок