Son Xəbərlər:
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Sabunçu rayonunda daha bir tədbir keçirilmişdir

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Sabunçu rayonunda daha bir tədbir keçirilmişdir

Azərbaycan QMƏVŞAİB Sabunçu rayon filialından verilən məlumata görə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Sabunçu rayonunda daha bir tədbir keçirilmişdir. Bu dəfə Sabunçu Gənclər evi, 215 saylı orta məktəb və Azərbaycan QMƏVŞAİB Sabunçu rayon filialının iştirakı ilə ən önəmli bayramlarımızdan biri qeyd olunmuşdur. Tədbir Dövlət himni və Şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.

Gənclərin, məktəblilərin hazırladıqları səhnəciklər və konsert proqramı rəngarəngliyi ilə seçilmişdir. 215 saylı məktəbin direktoru, müharibə veteranı Cavad Mustafayev, Gənclər evinin direktoru Rəvanə xanım öz çıxışıarında qazanılmış müstəqilliyimizin necə baha başa gəldiyini vurğulamışlar.

Filialın sədri Zülfüqar Cəfərov çıxış edərək şəhidlərin canı, əlillərin qanı hesabına qazanılan bu günümüzün dəyərindən söz açmış, gəncləri təhsilə, elmə səsləmişdir.

Tədbir “Yaşa, yaşa, Azerbaycan” sədaları altında sona çatmışdır.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок