Son Xəbərlər:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yenidən prezident seçilməsi münasibətilə Azərbaycan QMƏVŞAİB-in təbriki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yenidən prezident seçilməsi münasibətilə Azərbaycan QMƏVŞAİB-in təbriki

Zati-aliləri,  möhtərəm Prezident!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin çoxminli üzvləri adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Ümummilli lider Ulu Öndərimizin layiqli davamçısı olaraq, prezidentliyinizin əvvəlki dönəmlərində respublikamızda gedən sürətli inkişaf və əldə olunan uğurlar, bu seçkilərdə də seçicilərin böyük əksəriyyətinin, o cümlədən şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlarının Sizi yenidən dövlət rəhbəri kimi görmək istəyi onu təsdiqləyir ki, xalqımız Sizin müdrik rəhbərliyinizlə apardığınız daxili və xarici siyasəti yüksək dəyərləndirir. Xalqımızın rifahının yaxşılaşdırılması və sabitliyin möhkəmləndirilməsi istiqamətində apardığınız uğurlu işlər bir daha Sizə inamlı qələbə qazandırdı.

Respublikamızı bütün sahələrdə inkişaf etdirməklə yanaşı, şəhid ailələrinin,  müharibənin od-alovundan keçmiş Qarabağ müharibəsi əlil və veteranlarının sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlamağınız, onlara göstərdiyiniz qayğı bizləri hər zaman sevindirir. Bunun bariz nümunəsi olaraq  andiçmə mərasimindən sonra ilk imzaladığınız Fərman “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” olmuşdur. Bu fərman şəhid ailələrinin böyük sevincinə səbəb oldu və bu qərarınız bir daha Sizin Qarabağ müharibəsi statuslu insanlara  qayğı və diqqətinizi təsdiqlədi.

Dünyanı iqtisadi böhran bürüdüyü, hərbi-siyasi tarazlığın dəyişdiyi zamanda Siz ölkədə sabitliyin qorunması, xalqımızın firavan yaşaması üçün bütün imkan və vasitələrdən istifadə edir və qarşılaşacağımız hər hansı bir çətinliyin aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər görürsünüz.  İctimai birliyin üzvləri Sizin daxili və xarici siyasətinizi ürəkdən bəyənir və dəstəkləyir.

Cənab Ali Baş Komandan!
Bizim əsas problemlərimizdən biri, ərazi bütövlüyümüzün bərpa edilməsidir. İctimai birliyin coxminli üzvləri işğal edilmiş torpaqlarımızın azadlığı naminə döyüşə atılmağa hər an hazırdır və İRƏLİ əmrinizi gözləyir.

Möhtərəm Prezident!
Sizi bir daha Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, ailə xoşbəxtliyi və ali dövləti vəzifənizin yerinə yetirilməsində uğurlar arzu edirəm.

 Səmimi hörmət və ehtiramla,
Azərbaycan Qarabağ Müharibəsi
Əlilləri, Veteranları və Şəhid Ailələri
ictimai birliyinin sədri  Mehdi MEHDİYEV

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок