Son Xəbərlər:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib.

Andiçmə mərasimində Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak ediblər.

Prezident İlham Əliyevi müşayiət edən fəxri kortej Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasiminin keçirildiyi Milli Məclisə yola düşdü.

Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olundu.

Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə qarşıladılar.

Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının dövlət bayrağını və Azərbaycan Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətirdilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olundular.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad ABDULLAYEV çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2018-ci il 17 aprel tarixli qərarı ilə Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq və müqəddəs Qurani-Şərifə əl basaraq and içmişdir.

Daha sonra prezident İlham Əliyev nitq söyləmişdir. Öz çıxışında cənab İlham Əliyev ilk növbədə Azərbaycan xalqına ona göstərdiyi yüksək etimada görə təşəkkürünü bildirmiş, xalqın dəstəyinin ona güc verdiyini, göstərilən etimadı xalqına sədaqətlə doğruldacağını demişdir.

Daha sonra prezident son 15 il ərzində ölkənin daxili və xarici siyasətindəki irəliləyişlərdən, ölkə iqtisadiyyatının və başqa sahələrin inkişafından danışmışdır. Çıxışının sonunda cənab İlham Əliyev “Bütün bu uğurlar ancaq müstəqillik dövründə mümkün olmuşdur. Azərbaycan xalqı bir daha görür ki, müstəqilliyimizin üstünlükləri nədən ibarətdir. Bizim taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik. Biz ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik. Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik” – deyə qeyd etmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок