Son Xəbərlər:
Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik cənab Zakir Həsənova təbrik məktubu

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik cənab Zakir Həsənova təbrik məktubu

Hörmətli cənab nazir!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları prezident seçkilərindən sonra Sizi yenidən Azərbaycan Respublikasının Müdafiəsi  Naziri vəzifəsinə təyin etməsi Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin çoxminlli üzvlərini və şəxsən məni çox sevindirdi.

Sevindirici haldır ki, bu gün Milli Ordumuz Qafqazda ən müasir və ən  güclü ordu hesab olunur.

Siz Müdafiə Naziri vəzifəsinə təyin olunduğunuz gündən Milli Ordumuz  gündən-günə öz qüdrətini artıqmaqda davam edir. İndi tam əminliklə söyləyə bilərik ki, bizim ordumuz hər an Ali Baş Komandan İlham Əliyev cənablarının əmri ilə düşməni torpaqlarımızdan qovub çıxartmağa, Ermənistan ordusunu darmadağın etməyə tam hazırdır.

Hörmətli cənab nazir!

Sizi Azərbaycan Respublikasının Müdafiə  Naziri vəzifəsinə təyin olunmağınız münasibəti ilə səmimi qəlbdən təbrik edirəm, Sizə uzun ömür, möhkəm cansağlığı və ordumuzun inkişafı naminə işlərinizdə müvəffəqiyyətlər arzu edirəm.

 

Hörmətlə,
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,
Veteranları və Şəhid Ailələri ictimai birliyinin
sədri, e.o. polkovnik M.Mehdiyev

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок