Son Xəbərlər:
Azərbaycan Respublikasının  Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə təbrik məktubu

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə təbrik məktubu

Hörmətli Sahil müəllim!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları prezident seçkilərindən sonra Sizi  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri vəzifəsinə  təyin etməsi Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin çoxminlli üzvlərini və şəxsən məni çox sevindirdi.

İnanırıq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının xalqımızın rifahının yaxşılaşması istiqamətində apardığı siyasəti rəhbərlik etdiyiniz nazirlikdə uğurla davam etdirəcəksiniz və Qarabağ  müharibəsi statusuna malik olan insanların problemlərinin ədalətli həllinə nail olacaqsınız.

Hörmətli Sahil müəllim!

Sizi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri vəzifəsinə təyin olunmağınız münasibəti ilə səmimi qəlbdən təbrik edirəm, Sizə uzun ömür, möhkəm cansağlığı işlərinizdə müvəffəqiyyətlər arzu edirəm.

 

Hörmətlə,
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,
Veteranları və Şəhid Ailələri ictimai birliyinin
sədri, e.o. polkovnik M.Mehdiyev

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок