Son Xəbərlər:
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant cənab Arzu Rəhimova təbrik məktubu

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant cənab Arzu Rəhimova təbrik məktubu

Hörmətli cənab general-leytenant!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları prezident seçkilərindən sonra Sizi yenidən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin etməsi Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin çoxminlli üzvlərini və şəxsən məni çox sevindirdi.

Siz Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunduğunuz gündən xidmətdə böyük dəyişliklərin şahidiyik. Belə ki, şəffaflıq, ədalətlik və xüsusən də vətənpərvərlik işində əldə edilən uğurlar bunun əyani göstəricilərindəndir.

Hörmətli cənab general-leytenant!

Sizi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunmağınız münasibəti ilə səmimi qəlbdən təbrik edirəm, Sizə uzun ömür, möhkəm cansağlığı xidmətinizdə müvəffəqiyyətlər arzu edirəm.

 

Hörmətlə,
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,
Veteranları və Şəhid Ailələri ictimai birliyinin
sədri, e.o. polkovnik M.Mehdiyev

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок