Son Xəbərlər:
Azərbaycan QMƏVŞAİB Zəngilan rayon filialında AXC-nin yaradılmasının 100 illiyi ilə bağlı tədbir keçirilmişdir

Azərbaycan QMƏVŞAİB Zəngilan rayon filialında AXC-nin yaradılmasının 100 illiyi ilə bağlı tədbir keçirilmişdir

Tədbirdə Qarabağ qaziləri və veteranlari iştirak edirdilər.

Filialın sədr müavini Camal Həmidov giriş sözü ilə tədbiri açıq elan etdi. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra söz filialın sədri Ənvər Məmmədova verildi. Ə.Məmmədov müstəqilliyimizin 100 illiyi ilə bağlı öz təəssüratlarını iştirakçılarla bölüşdü.

Daha sonra Zəngilan rayonunun 36 və 26 saylı məktəblərinin şagirdləri öz çıxışları, mahnı və şeirləri ilə tədbirə rəngarənglik qatdılar.

Sonra söz Qarabağ qazilərinə və veteranlara verildi. Tədbirdə AXC-nin 100 illiyi münasibəti ilə ictimai işlərdə fərqlənən qazi və veteranlar medallarla təltif olundular.

Bədii çıxışları ilə fərqlənən məktəblilərə Fəxri Fərmanlar təqdim olundu.

Tədbirin sonunda bayrama həsr olunmuş videoçarx nümayiş etdirildi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок