Son Xəbərlər:
Azərbaycan QMƏVŞAİB Yasamal rayon filialının 2018-ci il üzrə hesabat yığıncağı keçirilmişdir

Azərbaycan QMƏVŞAİB Yasamal rayon filialının 2018-ci il üzrə hesabat yığıncağı keçirilmişdir

2018-ci il noyabrın 28-də Azərbaycan QMƏVŞAİB Yasamal rayon filialının 2018-ci il dövrünü əhatə edən hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda ictimai birliyin sədr müavini Aris Məmmədov, Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev, Yasamal rayon İcra Hakimiyyətinin məsul işçiləri Zöhrab Cəfərov və Mehman Muxtarov, Yasamal rayon MƏHMOİB-nin sədri Vaqif Məmmədov, Respublika Qadınlar Şurasının şöbə müdiri Yeganə Ələkbərova və ictimai birliyin Yasamal rayonunda yaşayan üzvləri iştirak edirdilər.

Yasamal rayon filialının sədri Bəhram Şeydayev filialın 2018-cı ildə fəaliyyəti haqqında geniş hesabat verdi.

Çıxış edən natiqlər Yasamal rayon filialının cari ildəki fəaliyyətinin qənaətbəxş olduğunu bildirdilər.

Tədbirin sonunda xatirə şəkiləri çəkdirildi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок