Son Xəbərlər:
Azərbaycan QMƏVŞAİB Xaçmaz rayon filialının 2018-ci il üzrə hesabat yığıncağı keçirilmişdir

Azərbaycan QMƏVŞAİB Xaçmaz rayon filialının 2018-ci il üzrə hesabat yığıncağı keçirilmişdir

2018-ci il noyabrın 29-da Azərbaycan QMƏVŞAİB Xaçmaz rayon filialının 2018-ci il dövrünü əhatə edən hesabat yığıncağı keçirilmişdir. Keçirillən hesabat yiğincağında Xaçmaz rayon İcra Hakimiyyəti başçısının müavini Samir Neymətov, Xaçmaz rayon hərbi komissarı Seymur Qurbanov, Amak II Dünya müharibəsi cəmiyyətinin sədri Fərhad Şeydayev, Xaçmaz rayon Ağsaqqallar şurasının sədri Əli müəllim, Azərbaycan QMƏVŞAİB Xaçmaz rayon filialının sədri Şövlət Dadaşzadə, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri və məktəblilər iştirak edirdilər.

İştirakçılar ilk öncə Ulu öndər Heydər Əliyevin büstünü, Şəhidlər Xiyabanını ziyarət edərək gül dəstələri qoymuş, daha sonra Xaçmaz rayon Tarix-Diyarşünaslıq muzeyini gəzib eksponatlarla tanış olmuşlar.

İclas açıq elan olunduqdan sonra Vətən Şəhidlərinin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Xaçmaz rayon filialının sədri Şövlət Dadaşzadə filialın 2018-cı ildə fəaliyyəti haqqında geniş hesabat verdi.

Çıxış edən natiqlər Xaçmaz rayon filialının cari ildəki fəaliyyətinin qənaətbəxş olduğunu bildirdilər.

Tədbirin sonunda xatirə şəkiləri çəkdirildi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок