Son Xəbərlər:
Azərbaycan QMƏVŞAİB Sumqayıt şəhər filialının 2018-ci il üzrə hesabat yığıncağı keçirilmişdir

Azərbaycan QMƏVŞAİB Sumqayıt şəhər filialının 2018-ci il üzrə hesabat yığıncağı keçirilmişdir

2018-ci il noyabrın 23-ü Sumqayıt şəhərindəki Poeziya evində Azərbaycan QMƏVŞAİB Sumqayıt şəhər filialının 2018-ci il dövrünü əhatə edən hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda ictimai birliyin sədri Mehdi Mehdiyev, şəhər İcra Hakimiyyətinin məsul işçisi Fərman Kazımov və ictimai birliyin Sumqayıt şəhərində yaşayan üzvləri iştirak edirdilər.

Sumqayıt filialının sədri Tərlan Hacızadə filialının 2018-cı ildə fəaliyyəti haqqında hesabat vermiş, keçirilən tədbirləri əks etdirən videoçarx nümayiş olunmuş, şəkillər iştirakçılara təqdim edilmişdir.

Çıxış edən natiqlər Sumqayıt filialının cari ildəki fəaliyyətinin qənaətbəxş olduğunu bildirdilər. İl ərzində filialın fəaliyyətində fəal iştirak edən bir qrup şəxs ictimai birliyin təsis etdiyi medallarla təltif olundular.

Tədbirin sonunda xatirə şəkiləri çəkdirildi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок