Son Xəbərlər:
Azərbaycan QMƏVŞAİB Sabunçu rayon filialının hesabat yığıncağı keçirilmişdir

Azərbaycan QMƏVŞAİB Sabunçu rayon filialının hesabat yığıncağı keçirilmişdir

Tədbirdə qonaq qismində millət vəkili Dilarə xanım Cəbrayılova, Sabunçu rayon icra hakimiyyəti başçısının müavini Rəna xanım Fərəcova, Sabunçu rayon İdman və Gənclər idarəsinin əməkdaşları, Ramana əlillər evinin direktoru Rəhilə xanım, BOCCİA idman növü üzrə yığma komandanın məşqçisi, I qrup müharibə əlili İlham Məhərrəmov və İctimai birliyin 40 nəfər fəal üzvü – Qarabağ əlilləri, şəhid ailələri və vəteranlar iştirak etmişlər. Filial sədri Z.Cəfərov il ərzində görülən işlərdən, keçirilmiş tədbirlərdən danışmış, mövcud probləmlərin həlli yolunda atılan addımlardan məruzə etmişdir.

Çıxış edən Millət vəkili Dilarə Cəbrayılova, Sabunçu RIHB-in müavini Rəna Fərəcova filial haqqında xoş sözlər demiş, rayon ərazisində ən fəal təşkilat olduğunu vurğulamışlar. Üzvlərdən Rafiq Məmmədov, Tərlan Nuriyev və başqaları çıxış edərək filialın fəaliyyətini qənaətbəxş hesab etmişlər. İl ərzində filialın vətənpərvərlik sahəsində fərqləndiyinə görə Sabunçu rayon İcra Hakşmiyyəti filial sədri Zülfüqar Cəfərovu və fəal üzv Arif Səmədovu Fəxri Fərmanla təltif etmişdir. Filial tərəfindən də bir neçə fərqlənmiş üzv Fərmanla mükafatlandırılmışdır.

Sonda xatirə şəkli çəkdirilmiş və tədbir iştirakçıları çay süfrəsi arxasında fikir mübadiləsi aparmışlar.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок