Son Xəbərlər:
Azərbaycan QMƏVŞAİB Qusar rayon filialının illik hesabat yığıncağı keçirilmişdir

Azərbaycan QMƏVŞAİB Qusar rayon filialının illik hesabat yığıncağı keçirilmişdir

2018-ci il noyabrın 28-i Qusar rayon Gənclər evində Azərbaycan QMƏVŞAİB Qusar rayon filialının 2018-ci ildə görülmüş işlər barədə hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin nümayəndəsi mayor Museyib İbrahimov, Qusar rayon İcra Hakimiyyətinin məsul işçisi Rixard Qədimov, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin nümayəndələri iştirak etmişlər.

Filialın sədri Canəli Hörmətov çıxışında görülmüş işlərdən danışmış, Qusar rayonunda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə göstərilən qayğıdan söhbət açmışdır.

Çıxış edənlər aztəminatlı ailələrə, o cümlədən müharibə veteranlarına, əlillərə və şəhid ailələrinə  dövlətimizin qayğısından və maddi köməyindən danışmış, bu istiqamətdə Azərbaycan QMƏVŞAİB Qusar rayon filialının fəaliyyətinin qənaətbəxş olduğunu söyləmişlər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок