Son Xəbərlər:
Azərbaycan QMƏVŞAİB Quba rayon filialının il ərzində görülən işlər barədə hesabat yığıncağı keçirilmişdir

Azərbaycan QMƏVŞAİB Quba rayon filialının il ərzində görülən işlər barədə hesabat yığıncağı keçirilmişdir

2017-ci il noyabrın 25-i Azərbaycan Quba rayon filialının 2017-ci il fəaliyyəti haqqında hesabat iclası keçirilmişdir. İclasda QHT Quba rayonu üzrə koordinatoru Eynulla Xeyrullayev, Azərbaycan QMƏVŞAİB Sumqayıt filialının sədri Tərlan Hacı-zadə, Qarabağ müharibəsi veteranları, əlilləri və  şəhid ailələrinin nümayəndələri iştirak etmişlər.

İclasda Azərbaycan QMƏVŞAİB Quba filialının sədri Yusif Nöhbalayev 2017-ci il ərzində görülən işlər, keçirilmiş tədbirlər, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına edilən köməkliklər haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

Tərlan Hacı-zadə, İlkin Məmmədov, Habil Qasıyev çıxış edərək ictimai birliyin fəaliyyətini yaxşı qutmətləndirdilər və öz təkliflərini irəli sürdülər.

Tədbirin sonunda  Azərbaycan QMƏVŞAİB Quba filialının 2017-ci ildəki fəaliyyəti səsə qoyuldu və yekdilliklə qənaətbəxş hesab olundu.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок