Son Xəbərlər:
Azərbaycan QMƏVŞAİB Qaradağ rayon filialının hesabat yığıncağı keçirilmişdir

Azərbaycan QMƏVŞAİB Qaradağ rayon filialının hesabat yığıncağı keçirilmişdir

2017-ci il dekabrın 1-i Azərbaycan QMƏVŞAİB Qaradağ rayon filialının hesabat yığıncağı keçirilmişdir.Tədbirdə rayon Icra Hakimiyyəti başçısının müavini Təranə xanım İsmayılova,  Azərbaycan QMƏVŞAİB-in mərkəzi təftiş komissiyasının sədri Aris Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Mikayıl Zeynalov və rayonda fəaliyyət göstərən ictimai təşkilat rəhbərləri və filialın üzvləri  iştirak etmişlər.

Əvvəlcə tədbir iştirakçıları  rayonun Lökbatan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında  Azərbaycanın azadlığı uğrunda həlak olmuş şəhidlərin məzarlarını  ziyarət etdilər.

Yığıncaqdan əvvəl tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində  ulu öndərin həyat və yaradıcılığını əks etdirən muzeylə tanış oldular.

Tədbir Azərbaycanın Dövlət Himni ilə başlamış, ulu öndər və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Yığıncaqda Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Qaradağ rayon filialının sədri Maqsud Heydərov hesabatla çıxış etmişdir. O, çıxışında hesabat dövrü ərzində filialın fəaliyyəti haqqında ətraflı məlumat vermiş, dövlətin müharibə əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərdiyi qayğıdan danışmışdır.

Müharibə veteranı Mikayıl Zeynalov, müharibə əlilləri Mehman Hüseynov, İlqar Qayıbov,  Bəhmən Qurbanov və Azər Hüseynov, rayon Ağsaqqallar şurasının sədri Təhməz Abbasov  çıxış edərək rayon filialının fəaliyyətindən danışmışlar. Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova çıxış edərək rayonda yaşayan müharibə statuslu insanlara göstərilən diqqət və qayğıdan danışmış və onların problemlərinin daim rayon rəhbərliyinin diqqət mərkəzində olmasını bildirmişdir.

Daha sonra çıxış edən Aris Məmmədov filialın işini qənaətbəxş hesab etmiş və gələcək işlərində filiala uğurlar arzulamışdır. Tədbirdə filialın fəaliyyətində fəal iştirak  edən şəxslərə Fəxri Fərmanlar təqdim olunmuşdur.

Tədbirin sonunda 3 dekabr – Beynəlxalq Əlillər günü münasibətilə Azərbaycan QMƏVŞAİB Qaradağ rayon filialı tərəfindən  müharibə əlilləri arasında stolüstü oyunlar üzrə keçirilən rayon turnirinin qaliblərinə diplom və hədiyyələr təqdim edilmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок