Son Xəbərlər:
Azərbaycan QMƏVŞAİB Nizami rayon filialının 2018-ci il üçün hesabat yığıncağı keçirilmişdir

Azərbaycan QMƏVŞAİB Nizami rayon filialının 2018-ci il üçün hesabat yığıncağı keçirilmişdir

28.11.2018-ci il tarixdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Nizami rayon filialının 2018-ci il üçün hesabat iclası keçirildi.

İlk öncə Milli Qəhrəman Şirin Mirzəyevin filialın ofisinin qarşısındakı xatirə lövhəsi, rayonun Q.Qarayev prospektindəki «Şəhidlər Kompleksi», Keşlə Şəhidlər Xiyabanı və Yasdı Diyircəklər zavodunda şəhid Arif Hüseynovun xatirə lövhəsi yad edilərək tər qərənfillər qoyuldu.

İclasda filialın 73 nəfər fəal üzvü və qonaqlar – AQMƏVŞAİB-in sədr müavini Şura Musayev, Nizami rayon Ağsaqqallar şurasının sədri Mayıl Əliyev, Nizami rayon Rus İcmasının sədri Valeri Kavalyov, AVM VB-nin Nizami rayon şöbəsinin sədri Rəcəb Receb Baxşiyev, QMƏVŞAİB-in Xətai rayon filialının sədri Fuad Salahov, Lerik rayon filialının sədri Veyis Veysel Melikov, Zabitlər Konfederasiyasının sədr müavini, ehtiyyatda olan polkovnik Hikmət Ağayev iştirak etdilər.

İclas açıq elan olunduqdan sonra Vətən Şəhidlərinin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Hesabat məruzəsi oxundu, üzvlər çıxışlar edərək filialın il ərzində gördüyü işləri qənaətbəxş hesab etdilər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок