Son Xəbərlər:
Azərbaycan QMƏVŞAİB Mingəçevir şəhər filialının hesabat yığıncağı keçirilmişdir

Azərbaycan QMƏVŞAİB Mingəçevir şəhər filialının hesabat yığıncağı keçirilmişdir

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi Mingəçevir şəhər filialının 2018-ci il üçün hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri iştirak edirdilər.

Əvvəlcə, şəhidlərin və hesabat dövründə rəhmətə gedən ictimai birlik üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra reqlament qəbul olundu.

Tədbirdə ictimai birliyin Mingəçevir şəhər filialının sədr müavini Ə.Bəndalıyev çıxış edərək cari il ərzində filialın fəaliyyəti haqqında hesabat verdi, qarşıda duran vəzifələrdən danışdı. İctimai birlik üzvlərindən Kərimov Xanlar, Abdullayev Tofiq, İsmayılova Mərmər, Salahbanov Ayaz, Əsədov Ramiz, Cəfərov Qəhrəman, Məmişov Valeh çıxış edərək filialın işini qənaətbəxş hesab etdilər.

Sonra şəhid anası Ələkbərova Suqra, Qarabağ müharibəsi əlili Soltanov Xəlil, Qarabağ müharibəsi əlili Ramazanov İsmayıl çıxış edərək qarşıda duran vəzifələrdən danışmış, öz təkliflərini irəli sürmüşlər.

Sonda ictimai birliyin Mingəçevir şəhər filialının sədr müavini iclasa yekun vuraraq təklifləri nəzərə almaqla növbəti fəaliyyət ilində onların icrasına çalışacaqlarını bildirdi. Bununla iclas öz işinə yekun vurdu.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок