Son Xəbərlər:
Azərbaycan QMƏVŞAİB Masallı rayon filialının təşkilatçılığı ilə 3 Dekabr – Beynəlxalq Əlillər günü münasibətilə tədbir keçirilmişdir

Azərbaycan QMƏVŞAİB Masallı rayon filialının təşkilatçılığı ilə 3 Dekabr – Beynəlxalq Əlillər günü münasibətilə tədbir keçirilmişdir

2017-ci il dekabrın 3-ü Masallı rayon İcra hakimiyyətinin dəstəyi və Azərbaycan QMƏVŞAİB Masallı rayon filialının təşkilatçılığı ilə 3 Dekabr – Beynəlxalq Əlillər günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin Humanitar məsələlər üzrə müavini Aybəniz Qafarova, Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin müdiri Ərzuman Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı, Azərbaycan QMƏVŞAİB Masallı rayon filialının sədri Nahid Rəhimov və ictimai birliyin üzvü olan Qarabağ əlilləri iştirak etmişlər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Sonra tədbir iştirakçıları Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimizin, sonradan dünyasını dəyişmiş Qarabağ müharibəsi əlilləri və veteranlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi Masallı rayon filialının sədri N.Rəhimov birliyin üzvlərinin problemlərini dinləmiş, onları narahat edən məsələlərlə maraqlanmışdır. Bundan sonra filialın hesabatı dinlənilmiş, hesabat dövrü ərzində filialın fəaliyyəti haqqında ətraflı çıxışlar edilmiş, dövlətin müharibə əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışılmışdır. Hesabat dinlənildikdən sonra sədr N.Rəhimov iclas iştirakçılarına müraciət edərək hesabata münasibət bildirilməsini xahiş etdi və hesabat yekdilliklə qəbul edilmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок