Son Xəbərlər:
Azərbaycan QMƏVŞAİB-in Sumqayıt şəhər filialının üzvləri üçün «Açıq Qapı» təşkil edilib

Azərbaycan QMƏVŞAİB-in Sumqayıt şəhər filialının üzvləri üçün «Açıq Qapı» təşkil edilib

2019-cu il oktyabrın 19-u Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində Azərbaycan QMƏVŞAİB-in Sumqayıt şəhər filialının üzvləri üçün «Açıq Qapı» təşkil edilib. Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin müdiri Ceyhun Süleymanovun rəhbərliyi ilə təşkil olunan dəyirmi masada filialın sədri Tərlan Hacızadə və 30-a yaxın üzvü iştirak edib.

DSMF Sumqayıt  şəhər şöbəsinin rəhbəri Ceyhun Süleymanov, müdir müavini Zaur Rəsulov, Sosial yardim ve muavinət sektorunun müdiri İlkin Mikayılov, Sosial xidmət sektorunun müdiri Leyla Cəfərova və Pensiya sektorunun baş məsləhətçisi  Nəriman Piriyev iştirak edib. Görüşdə ölkə başçısının əhalinin xüsusi qayği tələb edən həssas qruplarını daim diqqətdə saxladığı qeyd olunub, aparılan sosial islahatlar barədə məlumat verilib.

Fondun əməkdaşları görüş iştirakçıları tərəfindən qaldırılmış məsələlərə aydınlıq gətirib, bəzi müraciətlərin yerindəcə araşdırılması üçün göstəriş verilib.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок