Son Xəbərlər:
Azərbaycan QMƏVŞAİB-in Sumqayıt şəhər filialının illik hesabat yığıncağı keçirilmişdir

Azərbaycan QMƏVŞAİB-in Sumqayıt şəhər filialının illik hesabat yığıncağı keçirilmişdir

2019-cu il noyabrın 30-u Azərbaycan QMƏVŞAİB-in Sumqayıt şəhər filialının 2019-cu il üzrə hesabat yığıncağı keçirilmişdir. Tədbir ulu öndər Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyulmaqla başlandı.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilərək, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Yığıncaqda ictimai birliyin sədri Mehdi Mehdiyev, Sumqayıt şəhər Icra Hakimiyyətinin məsul nümayəndəsi Fərman Kazımov, SHXÇDX-nin Sumqayıt şəhər idarəsinin rəisi Natiq Qarayev, Ağsaqqallar şurasının Sumqayıt şəhər təşkilatının sədri Müzəffər Gülümov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sumqayıt şəhər filialının sədri Sovet Şükürov, Sumqayıt şəhər Təhsil şöbəsinin məsul şəxsi Cəmilə Fəyyaz, Qırmızı Aypara cəmiyyətinin Sumqayıt şəhər filialının sədri Mətanət Məhərrəmova, Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək ictimai birliyinin, Çernobıl ictimai birliyinin Sumqayıt şəhər filialının, “ ÜLFƏT ” Əlillərin Sosial Problemlərinə Yardım ictimai birliyinin və Vətən Müharibəsi Veteranları ictimai birliyinin Sumqayıt şəhər filialının sədrləri və ictimai birliyin 120 nəfər üzvü iştirak etmişdir.

Azərbaycan QMƏVŞAİB-in Sumqayıt şəhər filialının 815 bəfər üzvü vardır. İclasda filialın sədri Tərlan Hacı-zadə hesabat məruzəsi ilə çıxış etdi. 2019-cu ildə fəaliyyət üzrə hesabat məruzəsində təqdim olunan tədbirlər slaydlar şəklində yığıncaq iştirakçılarına təqdim olundu. Qonaqlar söz alaraq, hesabata öz müsbət rəylərini bildirdilər. Sonda xatirə şəkilləri çəkdirildi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок